Şriftin ölçüsü :

Saytın rəngi :

"Qazaxda üç gün" adlı rəsm əsərlərindən ibarət sərgi təşkil olunmuşdur

11 may 2017 | 16:00

Qazax Dövlət  Rəsm  Qalereyasında  Rayon İcra Hakimiyyətinin təşəbbüsü ilə "Qazaxda üç gün" adlı rəsm əsərlərindən ibarət sərgi təşkil olunmuşdur.  Sərgidə 69 ədəd rəsm əsəri və foto nümayiş olunmuşdur. Rayonun təhsil, səhiyyə, mədəniyyət müəssisələrinin kollektivləri, tələbələr, orta məktəb şagirdləri və gənclər sərgidə iştirak etmişlər. 
Qazax rayonu İcra Hakimiyyətinin başçısı cənab Rəcəb Babaşov da sərgi ilə tanış olmaq üçün Dövlət Rəsm Qalereyasına gəlmişdir. O, burada Bakı şəhərindən gəlmiş gənc rəssamlar Akif Əmirov, Aynurə Mustafayeva, İradə Qədirova və sərginin iştirakçıları ilə səmimi söhbət etmişdir. Bildirmişdir ki, bu gün ölkəmizdə, eləcə də rayonumuzda istedadlı gənclərə yaradıcılıqla məşğul olmaları üçün dövlətimiz tərəfindən hər cür imkan və şərait yaradılmışdır.  Cənab Rəcəb Babaşov qeyd etmişdir ki, Qazağın təbiəti olduqca gözəl və zəngindir. Bu gözəllikləri fotoşəkillərlə, rəssam fırçaları ilə insanlara çatdırmaq isə olduqca vacib, maraqlı və əhəmiyyətlidir. Bu isə insandan istedad və yaradıcılıq qabiliyyəti tələb edir. Odur ki, biz Bakı şəhərindən rayonumuza gələn gənc rəssamlara Qazax rayonu ilə bağlı yaratdıqları əsərlərə-rəsmlərə və fotolara  görə təşəkkür edirik və onlara yeni-yeni yaradıcılıq uğurları arzulayırıq.
Gənc rəssamların hazırladıqları və sərgisi təşkil olunan əsərlər sərgiyə gələn  tamaşaçılarda  böyük maraq yaratmış və onlara  xoş hisslər bəxş etmişdir.

Keçidlər