Şriftin ölçüsü :

Saytın rəngi :

Bakı-Tbilisi avtomobil yolunu Qazax–Əskipara yolu ilə birləşdirən, uzunluğu 6 kilometr olan Çaylı kəndinin içərisindən keçən avtomobil yolu bərpa olunur

16 may 2017 | 16:00

Bakı-Tbilisi avtomobil yolunu Qazax–Əskipara yolu ilə birləşdirən, uzunluğu 6 kilometr olan Çaylı kəndinin içərisindən keçən avtomobil yolu  bərpa olunur .
Vətəndaşların rahat gediş-gəlişini təmin etmək istiqamətində dövlət başçısının verdiyi tövsiyyə və tapşırıqlara əsasən Qazax rayon İcra Hakimiyyətinin də yaxından köməkliyi ilə rayonun Çaylı-Təzəkənd avtomobil yolu  əsaslı şəkildə təmir olunur.
           IV texniki dərəcəyə uyğun bərpa olunan və uzunluğu 6 kilometr olan yolun torpaq yatağının eni 10 metr, hərəkət hissəsinin eni isə 6 metr təşkil edir. Çiyinlərin eni müvafiq olaraq 2 metrdir.
           Təmir - tikinti işləri çərçivəsində yol boyu torpaq işləri görülüb, yeni yol yatağı inşa edilib və 1 qat olmaqla asfaltlanma işləri aparılıb. Ümumilikdə isə yolun 36 min kvadrat metr  sahəsinə 2 qat olmaqla 12 santimetr qalınlığında asfalt-beton örtüyünün döşənməsi nəzərdə tutulub.
           Əsaslı təmir işləri tam yekunlaşdıqdan sonra zəruri olan yerlərə 50 ədəd yol nişanı və 17 ədəd müxtəlif diametrli suötürücü borular quraşdırılacaq, 18 min metr xətlənmə işləri aparılacaq.
           Qeyd edək ki, avtomobil yolunun təmiri “Azəravtoyol” ASC-nin rəhbərliyinin nəzarəti altında tərtib olunmuş qrafikə uyğun, texnoloji ardıcıllığa riayət olunmaqla və yüksək keyfiyyətlə aparılır. İşlərin qısa müddət ərzində yekunlaşdırılması üçün əraziyə lazımi sayda canlı qüvvə və texnika cəlb olunub.

Keçidlər