Şriftin ölçüsü :

Saytın rəngi :

BDU-nun Qazax filialında və Qazax Dövlət Sosial İqtisadi Kollecində görüş- toplantı keçirilmişdir

18 may 2017 | 16:00

Qazax rayonu İcra Hakimiyyətinin təşəbbüsü  və təşkilatçılığı ilə BDU-nun Qazax filialında və Qazax Dövlət Sosial İqtisadi Kollecində  görüş - toplantı keçirilmişdir. Toplantını RİHB aparatında ictimai-siyasi və humanitar məsələlər şöbəsi müdirinin müavini- dini qurumlarla işin təşkilatçısı Məhəmnməd Orucov açmış və "Radikal dini cərəyanlar və onların Azərbaycanda  yayılmasına təsir göstərən amillər" mövzusunda məruzə etmişdir. Məruzədə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev cənablarının həyata keçirdiyi uğurlu dini siyasət, radikal dini cərəyanların mahiyyəti, təbliğat metodları, radikallığı ilə daha çox fərqlənən dini cərəyanlardan vəhhabiliyin müasir durumu, vəhhabiliyin Azərbaycanda yayılması, onun Azərbaycanda yayılmasına təsir göstərən amillər, bunların qarşısının alınması sahəsində görülmüş işlər və qarşıda duran vəzifələr barədə geniş və ətraflı məlumat vermişdir.
Məruzə ətrafında DTX-nın Qazax rayon şöbəsinin rəis müavini Müşfiq Mürsəlov, Rayon Prokurorunun köməkçisi Nəriman Əsədov, Rayon Polis şöbəsinin bölmə rəisi Elçin Qasımov, Rayon Polis şöbəsinin sahə rəisi Amil Budaqov, bölgə qazisi İlham Süleymanov, Dini Qurumlarla iş üzrə  Dövlət  Komitəsinin  Qərb  bölgəsi  üzrə  şöbə  müdiri  Rasim Tağıyev, BDU-nun Qazax filialında ictimaiyyətlə əlaqələr şöbəsinin müdiri Qasım Əliyev və Qazax Rayon Dövlət Sosial İqtisadi Kollecinin direktor müavini Vüqar Əyyubov çıxış etmişlər.
Çıxışlar zamanı dini radikalizmin törətdiyi fəsadlar barədə ətraflı fikir mübadiləsi aparılmışdır. Bəzi qüvvələrin din pərdəsi altında ölkəmizin ictimai-siyasi sabitliyinə, dövlətimizin hüquqi-demokratik əsaslarına qarşı yönəlmiş pozuculuq fəaliyyətləri, vətəndaşlarımızı xarici dini ekstremist qrupların və onların silahlı dəstələrinin tərkibiniə qoşmaq cəhdləri qətiyyətlə pislənilmişdir. Bu cür əməllər törətməyə cəhd edənlərə qarşı dövlət qurumları tərəfindən aparılan mübarizə tədbirləri haqqında toplantı iştirakçılarına geniş məlumat verilmişdir.
Tədbirlərdə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev cənablarının həyata keçirdiyi uğurlu milli siyasət nəticəsində ölkəmizdə müxtəlif dinlərə etiqad edən insanların mehriban və qarşılıqlı hörmət şəraitində yaşadlıqları, respublikamızın tolerantlıq və multikulturalizm nümunəsinə çevrildiyi xüsusilə qeyd olunmuşdur.
Dini amillərdən yararlanaraq radikallığa cəhd göstərən qüvvələrə qarşı mübarizədə hamının, xüsusən gənc nəslin, tələbə və şagirdlərin sayıqlıq göstərməsinin zəruriliyi vurğulanmışdır.  
Sonra görüş müəllim və tələbələrin sualları ilə diskussiya formasında davam etdirilmişdir.
Axırda təhsil müəssisələrinin müəllim və tələbə kollektivi bu cür dini-maarifləndirici, istiqamətləndirici tədbirlərin tez-tez keçirilməsinə böyük ehtiyac olduğunu bildirmişlər.

Keçidlər