Şriftin ölçüsü :

Saytın rəngi :

Qazaxda baramaçılığın inkişafına yüksək diqqət göstərilir

24 may 2017 | 16:00

Qazax rayonunda gəlirli sahələrdən olan baramanın istehsalına getdikcə maraq artır.  Rayonda artıq ikinci ildir ki, barama yetişdirilir və məhsuldarlıq da yüksək olur.
            Bu il rayonda ötən illə müqayisədə  3 dəfədən çox baramaqurdu yetişdirilir. Baramaqurdlarının sağlam şəraitdə inkişaf etdirilməsi üçün onlara lazımi qulluq göstərilir. Məqsəd yüksək məhsul əldə etməkdir. 

            Rayon Kənd Təsərrüfatı İdarəsinin rəisi Həmid Pənahov qeyd edir ki, rayonumuzda 30 ailə barama istehsalı ilə məşğuldur. Baramalar son inkişaf mərhələsindədir,  yaxın günlərdə sarımağa başlayacaqlar. Ümumiyyətlə, gələcəkdə baramaçılığı inkişaf elətdirmək üçün rayonumuzda ciddi işlər aparılır. Baramaçılıqda əldə olunan uğurlar da təbii ki, insanları bu sahəyə həvəsləndirir və daha yaxşı işləməyə ruhlandırır.

            Rayonumuzda baramaçılığın inkişaf etdirilməsi məqsədilə onun yem bazasının yaxşılaşdırılması istiqamətində də mühüm işlər görülür. Ötən il Çin Xalq Respublikasından  20 min ədəd tut tingi gətirilmiş və aqrotexniki qaydada rayonun kəndlərində əkilmişdir.  

            Ötən il rayonda 30 qutu barama qurdu yetişdirilmişdisə, bu il onların sayı 100-ə çatdırılmışdır. Ötən il 1,5 ton məhsul istehsal edilmişdirsə, bu il 5 ton məhsul götürülməsi gözlənilir. 

 

Keçidlər