Şriftin ölçüsü :

Saytın rəngi :

Azərbaycan Xalq Cümhuriyyətinin 99-cu ildönümü qeyd olunmuşdur

26 may 2017 | 16:00

Qazaxdakı Gənclər Mərkəzində Azərbaycan Xalq Cümhuriyyətinin yaradılmasının 99-cu ildönümü ilə əlaqədar toplantı keçirilmişdir. Toplantıda Rayon İcra Hakimiyyətinin məsul işçiləri, hüquq mühafizə orqanlarının rəhbərləri, əmək kollektivləri, ictimaiyyət və KİV nümayəndələri iştirak etmişlər. Əvvəlcə Ulu Öndər Heydər Əliyevin əziz xatirəsi anılmış və abidəsi önünə gül-çiçək dəstələri qoyulmuşdur.
Tədbiri giriş sözü ilə Qazax rayonu İcra Hakimiyyətinin başçısı cənab Rəcəb Babaşov açaraq geniş çıxış etmişdir. Bildirmişdir ki, hər il may ayının 28-də Respublika gününü qeyd edərkən qürur hissi keçirir, ötən əsrin əvvəllərində xalqımızın vətənpərvər oğullarının apardığı mübarizənin nəticəsi kimi yaradılmış Azərbaycan Xalq Cümhuriyyətinin  şərəfli tarixi ilə fəxr edirik.
28 may 1918-ci ildə Şərqdə ilk demokratik respublika-Azərbaycan Xalq Cümhuriyyəti quruldu. Həmin gün Tiflis şəhərində Canişin sarayında Həsən bəy Ağayevin sədrliyi ilə Zaqafqaziya seymində təmsil olunan 44 nümayəndədən 26 nəfərin iştirakı ilə “Bəyannamə” qəbul edilərək Azərbaycan Xalq Cümhuriyyətinin   yaradıldığı  elan edildi.
Gənc Azərbaycan Respublikası tərəfindən həyata keçirilən siyasət müstəqil dövlətçiliyin əsaslarının yaradılması və gələcək inkişaf yolunun müəyyənləşdirilməsi baxımından mühüm əhəmiyyət kəsb etmişdir. Demokratik hüquq və azadlıqların bərqərar olması, etnik və dini mənsubiyyətindən asılı olmayaraq  bütün vətəndaşlara  bərabər hüquqlar verilməsi, Şərqdə ilk dəfə  olaraq qadınların seçki hüququnun tanınması, Azərbaycan dilinin dövlət dili elan edilməsi, təhsil və mədəniyyətin inkişafına xüsusi qayğı göstərilməsi, Bakı Dövlət Universitetinin təsis edilməsi, nizami Milli Ordunun, təhlükəsizlik  strukturlarının yaradılması, məhdud zaman çərçivəsində, gərgin daxili və xarici siyasi şəraitdə Xalq Cumhuriyyətinin miqyası, mahiyyəti və mənasını əyani şəkildə sübut edir.
Ancaq zaman çox sürətlə dəyişdi. Rusiyada möhkəmlənən Sovet hakimiyyəti Bakıya dəfələrlə nota göndərərək Sovet hakimiyyətinə tabe olmağı tələb edirdi. Nəhayət, aprelin 27-də növbəti nota parlamentin sonuncu iclasında müzakirə olundu və rədd cavabı verildi. Rədd cavabı bolşevik dövlətinin Azərbaycana hərbi müdaxiləsi üçün bəhanə oldu. Ertəsi gün ölkəmizin Rusiya ilə sərhəddində hazır vəziyyətdə hücum gözləyən XI rus ordusu hərbi müdaxiləyə başladı və Azərbaycanın müstəqilliynə  son qoyuldu. Cümhuriyyət cəmi 23 ay yaşasa da, xalqımızın yaddaşında silinməz izlər buraxmışdır.  Azərbaycan Demokratik Respublikasının 1918-ci ildə Azərbaycana əkdiyi müstəqillik toxumu XX əsrin son on illiyində yenidən cücərib üzə çıxdı. 1991-ci il oktyabrın 18-də Azərbaycan Respublikası Ali Sovetinin sessiyasında Azərbaycanın Dövlət Müstəqilliyi haqqında Konstitusiya Aktı qəbul edildi. Beləliklə, XX əsrdə Azərbaycan ikinci dəfə siyasi müstəqillik əldə etdi.
Azərbaycanın dövlət müstəqilliyi bizim tarixi nailiyyətimizdir, ən böyük sərvətimizdir. Eyni zamanda bu, xalqımızın azadlıq uğrunda apardığı mübarizənin nəticəsidir. Azərbaycan xalqının Ümummilli Lideri, Ulu Öndər Heydər Əliyevin sözləri ilə desək, “Azərbaycanın dövlət müstəqilliyi əbədidir, dönməzdir. Bizim qarşımızda duran əsas vəzifə dövlət müstəqilliyimizi qorumaqdan, əbədi etməkdən ibarətdir.
Azərbaycan xalqının Ümummilli lideri Heydər Əliyev ölkədə sabit dövlətçilik ənənələri yaratmış, respublikamızı davamlı inkişaf yoluna çıxarmış lider kimi xalqımızın qəlbində yaşayır və rəğbətlə anılır. Bu gün istər Azərbaycan Xalq Cümhuriyyəti yaradıcılarının, istərsə də Ulu Öndər Heydər Əliyevin müstəqil dövlətçilik məsələləri ilə bağlı arzuları Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev cənabları tərəfindən uğurla gercəkləşdirilir.
Azərbaycanı zəngin və qüdrətli dövlətə çevirməyi qarşısına məqsəd qoyan Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev cənabları iqtisadi sahədə böyük uğurların qazanılmasını təmin etməklə verdiyi hər bir vədini əməli işi ilə doğruldur. Ulu Öndərimizin layiqli davamçısı cənab İlham Əliyevin böyük əzmkarlıqla həyata keçirdiyi iqtisadi siyasətlə qürur duyur, gələcəyə böyük əminliklə baxırıq. Heydər Əliyevin formalaşdırdığı unikal dövlətçilik modelini yeni çalarlarla zənginləşdirən və onu müasir dünyanın gerçəkliklərinə uyğun inamla davam etdirən qətiyyətli liderimiz var. Prezident İlham Əliyev cənablarının yeritdiyi sosial-iqtisadi siyasət vətəndaşlarımızda ölkədəki mövcud siyasi kursa inam və rəğbəti daha da artırır.
İlham Əliyev cənablarının neft kapitalının insan kapitalına çevirməyin vacibliyi ilə əlaqədar çağırışının nəticəsidir ki, ölkənin intellekt potensialı sürətlə inkişaf edir, gənclərimiz dünyanın qabaqcıl universitetlərində ölkəmiz üçün lazım olan ixtisaslara yiyələnirlər. Azərbaycan milli mənəvi dəyərlərini qoruyub saxlamaqla yanaşı multikultural, tolerant ölkə kimi də dünya dövlətləri içərisində xüsusi yerə malikdir. Azərbaycan dünyada idman ölkəsi kimi tanınır.  Bir çox beynəlxalq tədbirlərə ev sahibliyi edir. Azərbaycan daha bir mötəbər beynəlxalq idman tədbirinə - “Bakı-2017” IV İslam Həmrəyliyi Oyunlarına yüksək səviyyədə ev sahibliyi edərək tarix yazdı. On gün ərzində İslam dünyasının idman nəbzi Bakıda döyündü. İslamiadanın yarışları, sözün həqiqi mənasında, əsl idman və həmrəylik bayramına çevrildi, maraqlı və parlaq qələbələrlə yadda qaldı. “Bakı-2017”də iştirak edən ölkələr arasında Azərbaycan 75 qızıl medalla birinci oldu. İdman arenalarında Azərbaycanın dövlət himni 75 dəfə səsləndi, dövlət bayrağı 162 dəfə qaldırıldı. Bütün bunlar Azərbaycanın dünya dövlətləri arasında nüfuzunu bir daha təsdiqlədi.
Bu gün dünyada gedən mürəkkəb, ziddiyyətli proseslərə baxmayaraq, ölkə vətəndaşları əmindirlər ki, cənab İlham Əliyevin yeritdiyi siyasət respublikanın siyasi müstəqilliyini və milli təhlükəsizliyini daha da möhkəmləndirəcək, onun inkişaf etmiş ölkələr sırasına yüksəlməsini təmin edəcəkdir.
“Azərbaycan 2020: gələcəyə baxış” İnkişaf Konsepsiyasında iqtisadiyyatın şaxələndirilməsi, qeyri-neft sektorunun iki dəfə artırılması, sənayeləşmə siyasətinin davam etdirilməsi,  kənd  təsərrüfatının və ağır sənayenin inkişafı və iqtisadi inkişafın  demoqrafik  amillə uzlaşdırılması, ərzaq təhlükəsizliyinin tam şəkildə təmin edilməsi, informasiya-kommunikasiya texnologiyaları sahəsində siyasətin davam etdirilməsi və s. hədəflər mühüm yer tutur.
Ölkəmizdə həyata keçirilən iqtisadi islahatlar əkin dövriyyəsinə əlavə torpaq sahələrinin qatılmasını da zəruri etmişdir. Ölkə Prezidentinin tapşırıqlarına əsasən istifadə olunmayan örüş və otlaq sahələri yerli icra hakimiyyətləri tərəfindən araşdırılmış, onların əkin dövriyyəsinə qatılması üçün zəruri tədbirlər həyata keçirilmişdir. Nəticədə əlavə 169,1 min hektar örüş və otlaq sahələrinin əkin dövriyyəsinə qatılması üçün müvafiq tədbirlər görülmüşdür.
Qeyd edilən nəticələr cənab İlham Əliyevin xalqın dəstəyinə söykənən, regionların davamlı sosial-iqtisadi inkişafını və bununla da vətəndaşlarımızın rifahının yaxşılaşdırılmasını təmin edən siyasətinin müdrikliyinə və uzaqgörənliyinə, hədəflərimizin əzəmətinə və reallığına inandırıcı sübutdur.
Ölkə Prezidenti cənab İlham Əliyevin qəbul etdiyi qərarların, atılan addımların mahiyyəti əhaliyə böyük səmimiyyətlə və düzgün çatdırılanda müvəffəqiyyət demək olar ki, təmin edilmiş olur. Məhz bu səbəbdən də aparılan islahatlar artıq öz bəhrəsini verməkdədir.
Bu bir daha onu göstərir ki, cənab Prezidentin apardığı siyasət insan amilinə söykənir, Azərbaycan vətəndaşının mənafeyi hər şeydən üstün tutulur. Bizim tərəfimizdən bu sahədəki fəaliyyətlərimizdə də cənab Prezidentin qeyd edilən fikirlərini rəhbər tutaraq insanları səfərbər edə bilmişik. Nəticədə əhalinin məşğulluğu yüksək səviyyədə təmin edilmişdir.
Əhalinin həyat səviyyəsinin yüksəldilməsində xüsusi çəkisi olan sahələrdən biri də baramaçılıqdır. Vaxtilə əhali üçün böyük gəlir mənbəyi olan, ölkəmizi dünyaya tanıtdıran baramaçılığın bərpası ilə bağlı da Azərbaycan Respublikasının prezidenti cənab İlham Əliyev tərəfindən məqsədyönlü addımlar atılmışdır. Cənab Prezidentin tapşırığına əsasən baramaçılığın yenidən dirçəldilməsi və inkişaf etdirilməsi, bu sahədə çalışan insanların maddi maraqlarının təmin olunması üçün geniş miqyaslı tədbirlər həyata keçirildi. Bizim tərəfimizdən qısa müddət ərzində kümdarlarla maarifləndirici söhbətlər və izahat işləri aparıldı, onlara zəruri olan bütün şərait yaradıldı.
          Son dövrlərdə şəkər çuğundurunun istehsalı demək olar ki, ildən-ilə tənəzzülə uğrayırdı. Cənab Prezidentin tapşırığını rəhbər tutaraq rayonumuzda ilk dəfə olaraq şəkər çuğundurunun əkini işlərinə başlanılmışdır.
    Cənab Prezident tərəfindən tütünçülük sahəsinin inkişafının təmin edilməsi ilə əlaqədar verdiyi tapşırıq əsas götürülərək rayonumuzda 50 hektar sahədə tütün əkilmişdir. Bu da rayonumuzda işsizliyin aradan qaldırılmasına öz töhvəsini vermişdir.
Əldə olunmuş nəticələr ölkə başçısı cənab İlham Əliyevin qəbul etdiyi qərarlara əsasən bütün sahələrə dövlətin dəstəyinin gücləndirilməsi, istehsalçılara subsidiyaların verilməsi və möhtərəm Prezidentin tapşırıqlarına uyğun olaraq tərəfimizdən həyata keçirilən təşkilati işlər, əhali arasında apardığımız geniş izahat və maarifləndirmə tədbirləri sayəsində mümkün olmuşdur.
          Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin tapşırıq və göstərişlərinə əsasən tərəfimizdən həyata keçirilən bütün tədbirlərdə vətəndaşlarımız yaxından iştirak etmiş, əhalimizin məşğulluq səviyyəsi artmış, onların rifah halı xeyli yaxşılaşrmışdır.
Artıq ölkə vətəndaşlarının mütləq əksəriyyəti həyata keçirilən tədbirlərin onlara fayda verəcəyini aydın dərk edirlər, müsbət qarşılayırlar və bu qayğılardan başqa ölkələrin vətəndaşlarının məhrum olduqlarını biləndə, onlarla bu barədə izahat işi də aparılanda Prezidentə, dövlətə daha çox bağlanırlar.
Respublikamızda görülən işlərlə yanaşı rayonumuzda da bütün sahələr sürətlə inkişaf edir.
Rayonun sərhəd kəndlərində əhalinin təhlükəsizliyinin təmin edilməsi məqsədilə istinad divarları tikilmiş, yaşayış evlərinin dam örtükləri dəyişdirilmiş, təmirə ehtiyacı olan imkansız ailələrin evlərində təmir işləri və əlavə tikinti işləri  aparılmışdır.
Şəhid ailələri, Qarabağ Müharibəsi əlilləri, Müharibə veteranları daim diqqət mərkəzində saxlanılır onların problemləri dinlənilir, bütün lazımi köməkliklər edilir. 
Şəhərdə, o cümlədən şəhərin mərkəzi və daxili küçələrində, prospektdə, parklarda, meydanlarda, xiyabanlarda geniş tikinti-quruculuq və abadlıq işləri aparılmış, işıqlandırma sistemi qurulmuş, yaşıllıqlar salınmış, rayonda yeni yollar salınmış, şəhərdə və kəndlərdə daxili yollarda əsaslı təmir işləri aparılmışdır. 
Azərbaycan Respublikası Prezidentinin 20 oktyabr 2016-cı il tarixli sərəncamına əsasən Qazax şəhərində təmir işləri nəzərdə tutulmuş 24  ədəd çoxmənzilli binalardan 20 binanın dam örtüyündə və fasad hissəsində təmir işləri başa çatmış, 4 binanın dam örtüyü dəyişdirilmiş, fasad hissəsində təmir işləri davam edir. Vətəndaşların müraciətlərinə əsasən əlavə 15 çoxmənzilli binalarda təmir işləri nəzərdə tutulmuşdur, bundan da 7 binada işlərə başlanılmışdır.
Əlavə olaraq Qazax şəhərində 34 ədəd çoxmənzilli yaşayış binalarında təmir işləri nəzərdə tutulmasına baxmayaraq hazırda 38 binada  təmir işləri davam edir. 
Hazırda “Azərxalça”ASC tərəfindən Qazax şəhərində 160 iş yerlik Xalça müəssisəsinin, “Mətanət A" şirkəti tərəfindən Qazax rayonunun Daş Salahlı kəndində və Carçıoğlu şirkəti tərəfindən rayonun Xanlıqlar kəndində hər birinin illik gücü 50 min ton olan Əhəng zavodunun, Qazax şəhərində  1 saylı körpələr evi-uşaq bağçasının, 145 çarpaylıq Mərkəzi Rayon Xəstəxana Kompleksinin tikintisi, Daş Salahlı kəndində 2 və 3 saylı bağçada yenidənqurma  işləri davam edir.
Bundan başqa 2016-cı ildə qazılması nəzərdə tutulmuş 10 subartezian quyusundan Çaylı kəndində 3 ədəd, Daş Salahlı kəndində 2 ədəd, Xanlıqlar, Kosalar, Canalı kəndlərində hər birində 1 ədəd, cəmi 8 ədəd subartezian quyusunun qazıntısı işləri davam etdirilir.  Rayon ərazisində təmizlənməsi nəzərdə tutulan 270 km uzunluğu olan suvarma kanalına qarşı  274,26  km-də təmizləmə işləri aparılmış və  bu istiqamətdə işlər davam etdirilir.
Hazırda kənd təsərrüfatı sahəsində işlər sürətlə davam edir,  sahələrdə əkin işlərinə başalnılmışdır. Meyvə tərəvəzlərin yetişdirilməsi üçün 2524,97 hektar sahələrdə  əkin aparılmış və hazırda əkin işləri davam edir. Bundan başqa rayonda ilk dəfə 522,97 hektar sahədə şəkər çuğunduru əkilmiş və burada 835 nəfər işlə təmin olunmuşdur.  50 hektar sahədə tütün əkilmiş və burada 230 nəfər işlə təmin olunmuşdur. Rayonda 5 ton barama istehsalı nəzərdə tutulmuşdur.
Əlavə olaraq qeyd etmək istəyirəm ki, 16 may 2017-ci il tarixdə Litvanın Trakay şəhərində Qazax rayonu və Litvanın Trakay rayonu arasında əməkdaşlıq haqqında Saziş imzalanmışdır. Sazişə əsasən hər iki tərəf mədəniyyət və tarix, idman, turizm, kommersiya fəaliyyəti, sosial-iqtisadi mühit, kənd təsərrüfatı və saziş tərəflərinin münasib hesab etdikləri digər sahələrdə əməkdaşlığı genişləndirəcəklər.
Axırda cənab Rəcəb Babaşov 28 may – Respublika günü münasibətilə toplantı iştirakçılarını və  bütün xalqımızı təbrik etmiş, onlara möhkəm cansağlığı, səadət, xoş güzəran arzulamışdır. Əmin olduğunu bildirmişdir ki,  Azərbaycanda tezliklə əbədi sülhün bərqərar olmasına və Böyük Heydər Əliyev siyasi kursunun ən layiqli davamçısı, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev cənablarının rəhbərliyi ilə respublikamız  dünyanın qüdrətli dövlətləri sırasında həmişə azad və müstəqil yaşayacaqdır. 
Sonra çıxışlar olmuşdur. YAP Qazax rayon təşkilatının sədri Həmid Pənahov, Əməkdar müəllim, 1 saylı tam orta məktəbin tarix müəllimi Mustafa Mirzəyev, BDU Qazax filialında baş müəllimi Mübariz Süleymanov və Qazax Dövlət Sosial İqtisad Kollecində qeydiyyat və monitorinq şöbəsinin müdiri Elvira Cəfərova çıxış edərək Cümhuriyyətin yaranmasının 99-cu ildönümü münasibətilə xalqımızı təbrik etmişlər və Cümhuriyyətin qısa zaman ərzində fəaliyyəti və gördüyü işlər, yaranmasının tarixi əhəmiyyəti və rus imperiyası tərəfindən işğal edilməsi ilə bağlı maraqlı fikirlər səsləndirmişlər. Qeyd olunmuşdur ki, Ulu öndər Heydər Əliyevin müdrik daxili və xarici siyasəti, həmin siyasətin Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev cənabları tərəfindən uğurla davam etdirilməsi nəticəsində Azərbaycanın dövlət müstəqilliyi daimi, dönməz və əbədi olmuşdur.

Keçidlər