Şriftin ölçüsü :

Saytın rəngi :

IV İslam Həmrəyliyi Oyunlarının qazaxlı qalibləri ilə görüş keçirilmişdir

04 iyun 2017 | 16:00

  May ayının 12-dən 22-dək Bakıda keçirilən IV İslam Həmrəyliyi Oyunlarında Azərbaycan birinci yeri tutaraq bu beynəlxalq yarışın qalibi oldu. Azərbaycan idmançıları bu oyunlarda 75 qızıl, 50 gümüş, 37 bürünc medal qazandı.
   Əldə edilən qələbədə qazaxlı idmançıların da payı var. Oyunlarda rayonumuzu təmsil edən müxtəlif idman növləri üzrə yarışlarda həmyerlilərimiz uğurla çıxış edərək mükafata layiq yerlər tutmuşlar.
  Bu münasibətlə Məhəmmədəli Qazaxlı adına güləş zalının qarşısında IV İslam Həmrəyliyi Oyunlarının qazaxlı qalibləri ilə görüş keçirilmişdir. Görüşdə rayon İcra Hakimiyyətinin Başçısı cənab Rəcəb Babaşov, Milli Məclisin deputatı Kamran Nəbizadə, sərbəst güləş üzrə Azərbaycan yığma komandasının baş məşqçisi Firdovsi Umudov, rayon ictimaiyyətinin nümayəndələri, idmançılar və idmansevərlər iştirak etmişlər. 
  Rayon İcra Hakimiyyətinin Başçısı cənab Rəcəb Babaşov çıxış edərək “Bakı-2017” IV İslam Həmrəyliyi Oyunlarında qalib gəlmiş ölkə idmançılarını, onların məşqçilərini və Azərbaycanın idman ictimaiyyətinin nümayəndələrini bu qələbə münasibətilə bir daha səmimi qəlbdən təbrik etmişdir. Qeyd etmişdir ki, bu qələbənin çox möhkəm təməli var. Bu nailiyyətlər Azərbaycan dövlətinin inkişaf etdiyini göstərir. Qazanılan qələbədə qazaxlı idmançıların da əməyi var. Sərbəst güləşdə Mahir Əmiraslanovun qalib olması, Tural Əliyevin zorxana yarışlarında gümüş medal qazanması, ağır atletikada idmançımız Elnarə Abbasovanın üçüncü, Gülçin Əlizadənin isə dördüncü yer tutması bizi hədsiz dərəcədə sevindirdi. Bu, bütün qazaxlı idmançıların uğurudur.
  Milli Məclisin Deputatı Kamran Nəbizadə çıxış edərək Azərbaycanın həm də bu gün idman ölkəsi kimi tanındığını, ölkə başçısı İlham Əliyev cənablarının və birinci vitse-prezident, Oyunların Təşkilat Komitəsinin sədri Mehriban Əliyevanın bu sahədə əməyinin olduqca böyük olduğunu qeyd etmişdir. IV İslam Həmrəyliyi Oyunlarında fərqlənən qazaxlı idmançıları təbrik edərək onlara ən xoş arzularımı çatdırmışdır.
  Sərbəst güləş üzrə Azərbaycan yığma komandasının baş məşqçisi Firdovsi Umudov görüşdə çıxışı zamanı IV İslam Həmrəyliyi Oyunlarının Azərbaycanda aparılan düşünülmüş siyasətin, o cümlədən idman sahəsindəki siyasətin bəhrəsini verdiyini bir daha nümayiş etdirdiyini qeyd etmişdir. Qazanılmış nailiyyətlərlə kifayətlənməməklə dünya arenalarında daha böyük qələbələr əldə ediləcəyini vurğulamışdır.
  Qalib idmançılar adından çıxış edən Tural Əliyev idmana və idmançılara göstərilən diqqət və qayğıya görə Respublika Prezidenti İlham Əliyev cənablarına və  rayon İcra Hakimiyyətinin Başçısı cənab Rəcəb Babaşova bütün idmansevərlər adından öz dərin minnətdarlığını bildirmişdir.
  Respublikanın əməkdar məşqçsi Ramiz Tağıyev, Azərbaycan Respublikası Prezidentinin Fərdi Təqaüdçüsü Kamal Əhmədov, məşqçi-müəllim Rayət Abdalov, publisist Səbinə Yusif və başqaları çıxış edərək qalib idmançılarla fəxr etdiklərini söyləmişlər.
  Tədbirin sonunda rayon İcra Hakimiyyətinin Başçısı cənab Rəcəb Babaşov qalib idmançılara Fəxri Fərman və qiymətli hədiyyələr təqdim etmişdir.

Keçidlər