Şriftin ölçüsü :

Saytın rəngi :

Deputat Ülviyyə Ağayeva Qazaxda seçicilərlə görüşmüşdür

03 iyun 2017 | 16:00

  Milli Məclisin deputatı Ülviyyə Ağayeva bu gün Qazax rayonunda seçicilərlə görüşmüşdür. Görüş məcburi köçkünlərin məskunlaşdığı “Göy bina” adlanan yaşayış massivindən başlamışdır. Millət vəkili burada yaşayan məcburi köçkünlərin yaşayış şəraiti ilə yaxından tanış olmuş, onları dinləmişdir. 
  Bağanıs Ayrım kəndindən olan məcburi köçkünlərdən Xanım Poladova, Mədinə Daşdəmirova, Bəhlul Poladov, Müşkünaz Aslanova, Yaşar Əsgərov, Qəndab Hüseynova, Cavanşir Əliyev, Saleh Xasayev, Gülnarə Mansurova görüşdə çıxış edərək onlara göstərilən diqqət və qayğıya görə rayon İcra Hakimiyyətinin Başçısı cənab Rəcəb Babaşova öz dərin minnətdarlıqlarını bildirmişlər. Qeyd etmişlər ki, İcra başçısı onlara çox isti münasibət bəsləyir, onlarla tez-tez görüşür, qaldırdıqları məsələləri yerindəcə həll edərək qayğısını əsirgəmir.
Sonra Ülviyyə Ağayeva rayonun Çaylı və Kommuna kəndlərinə gəlmiş və burada da səmimi və işgüzar şəraitdə seçicilərlə görüş keçirmişdir.  Millət vəkili  çıxış edərək seçicilərə öz fəaliyyəti haqqında məlumat vermişdir.
Çaylı kənd sakinlərdən Göycə Göyüşov, Camoy Qurbanov, Məlahət Abdullayeva, Qəzənfər Qocayev, İbrahim Qapaqov, Kommuna kənd sakinlərindən Sirac Nuriyev, Əminə Mirzəliyeva, Hafizə Qurbanova və başqaları  söz alaraq son bir ildə Qazax şəhərində, eləcə də yaşadıqları Çaylı kəndində aparılan tikinti-quruculuq işlərinə görə ölkə başçısı İlham Əliyev cənablarına və rayon rəhbərliyinə dərin minnətdarlıqlarını  və razılıqlarını bildirmişlər.

 

Keçidlər