Şriftin ölçüsü :

Saytın rəngi :

Qazax şəhərinin giriş hissəsində yenidənqurma işləri aparılmışdır

07 iyun 2017 | 16:00

Qazax şəhərində tikinti-quruculuq işləri geniş vüsət alıb. Şəhərin küçə və meydanları, xiyabanları əsaslı şəkildə yenidən qurulur, şəhərin əvvəlki gözəlliyi tədricən özünə qayıdır. Şəhərdə yerləşən bütün çoxmənzilli binalarda Prezidentin sərəncamına uyğun olaraq təmir-tikinti işləri aparılır. Yaşayış binaları öz görkəmini köklü şəkildə dəyişir. Artıq çoxmənzilli binaların bir çoxunda tikinti işləri başa çatdırılıb, digərilərində isə işlər davam etdirilir.
Bu günlərdə isə şəhərin girişində əsaslı şəkildə yenidənqurma işlərinə başlanılıb. Giriş hissədə olan hasarlar müasir ornamentlə bəzədilib. Səkilərin kənarlarına qazon otu və həmişəyaşıl gül kolları əkilib. Aparılan bu yenidənqurma işləri şəhərin giriş hissəsinin görkəmini baxımlı və gözəl edib.
Şəhərin girişində görülən əsas işlərdən biri isə 7 metr hündürlükdə olan postament üzərində qoyulan at heykəlidir. Bu gün Dilboz atın rəmzi olan at heykəli həmin postament üzərinə qoyulub.

Keçidlər