Şriftin ölçüsü :

Saytın rəngi :

Qazax şəhər 4 və 5 saylı tam orta məktəblərdə görüş-toplantı keçirilmişdir

08 iyun 2017 | 16:00

Qazax şəhər 4 və 5 saylı tam orta məktəblərdə müəllim və şagirdlərlə görüş-toplantı keçirilmişdir.
Görüş - toplantıları giriş sözü ilə RİHB aparatında ictimai-siyasi və humanitar məsələlər şöbəsi müdirinin müavini-dini qurumlarla işin təşkilatçısı Məhəmnməd Orucov açmış və "Radikal dini cərəyanlar və onların Azərbaycanda yayılmasına təsir göstərən amillər" mövzusunda məruzə etmişdir. Ölkəmizdə dövlət-din münasibətlərinin düzgün qurulması üçün hər cür şəraitin yaradıldığı, Azərbaycanın bütün dünyada tolerant mərkəz kimi tanındığı, dini və etnik mənsubiyyətindən asılı olmayaraq hər kəsin fəaliyyətinin Respublika qanunları ilə tənzimləndiyi, həyata keçirilən uğurlu siyasət nəticəsində dini radilakizmin qarşısının alındığı, onun yayılmasına təsir göstərən amillərin aradan qaldırılması sahəsində sistemli, ardıcıl tədbirlərin həyata keçirildiyi, müxtəlif dinlərə etiqad edən insanların mehriban və qarşılıqlı hörmət şəraitində yaşadıqları bildirilmişdir.
Rayon Prokurorunun köməkçisi Nəriman Əsədov, Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin Qərb bölgəsi üzrə şöbə müdiri Rasim Tağıyev, Rayon Polis şöbəsinin baş inspektoru Hilal Allahverdiyev, bölgə qazisi İlham Süleymnaov, Qazax şəhər 4 saylı tam orta məktəbin direktoru Məhəmməd Aşırov və Qazax şəhər  saylı tam orta məktəbin direktoru  Nəsibə Tağıyeva çıxış etmişlər.
Çıxış edən natiqlər diqqəti din pərdəsi altında aparılan münaqişələrə çəkərək  bildirmişlər ki, dünyada aparıcı güclər din amilindən geosiyası maraqları üçün istifadə edirlər, İslamı siyasiləşdirərək dini qarşıdurma yaratmaqla onu gözdən salmağa yönələn siyasət həyata keçirirlər. Lakin din amilindən siyasi vasitə kimi istifadə olunduğu bir dövrdə Azərbaycan dünyaya qlobal təhlükəsizlik məsələlərində töhvə verən bir ölkəyə çevrilir.
Toplantı görüşdə həmçinin təhlükəli dini cərəyanlar, onların fəaliyyət metodları barədə ətraflı məlumat verilmiş və hər kəsin diqqətli olmasının zəruriliyi bildirilmişdir.
Sonra görüş iştirakçılarını maraqlandıran suallara aydınlıq gətirilmişdir.

Keçidlər