Şriftin ölçüsü :

Saytın rəngi :

Qazaxda cəbhəyanı kəndlərin sakinləri ilə növbəti görüş keçirilmişdir

10 iyun 2017 | 16:00

Qazax rayonunda  sərhəd kəndlərinə daim diqqət və qayğı ilə yanaşan Rayon İcra Hakimiyyətinin Başçısı Rəcəb Babaşov yenə də rayonun Bala Cəfərli, Cəfərli, Xanlıqlar və Ağköynək kəndlərində sakinlərlə görüşüb. Görüşlərdə rayonun hüquq-mühafizə orqanlarının, hərbçilərin, idarə, müəssisə və təşkilatların rəhbərləri iştirak edib. Rayon rəhbərini çox səmimi qarşılayan kənd sakinləri ona öz arzu və istəklərini bildiriblər. İşgüzar şəraitdə keçən görüşlərdə sərhəd kəndlərinin təhlükəsizliyinin daha da möhkəmləndirilməsi, bu istiqamətdə görülməsi vacib olan məsələlərdən danışılıb.
  Rayon İcra Hakimiyyətinin Başçısı Rəcəb Babaşov görüşlərdə çıxış edərək rayonda, o cümlədən kəndlərdə son 1 il ərzində aparılan tikinti-quruculuq işlərindən, eyni zamanda sərhəd kəndlərinin müdafiəsinin möhkəmləndirilməsi istiqamətində həyata keçirilən tədbirlərdən danışıb. Qeyd edib ki, bu gün qarşıda duran ən mühüm vəzifələrdən biri sərhəd kəndlərinin müdafiəsinin daha da möhkəmləndirilməsi, əhalinin baş verə biləcək təhlükələrdən mühafizə olunmasıdır. Bunun üçün dövlət tərəfindən lazımi qabaqlayıcı tədbirlər həyata keçirilir və bu proses gələcəkdə də davam etdiriləcəkdir. Başçı bildirdi ki, rayon rəhbərliyi bunun üçün əlindən gələni əsirgəməyəcək. Çünki sərhəd kəndlərinin, eləcə də rayon əhalisinin təhlükəsizliyinin təmin edilməsi günün ən vacib məsələlərindən biridir.
   Görüşlərdə rayonun hüquq-mühafizə orqanlarının rəhbərləri, eləcə də hərbiçilər çıxış edərək qeyd ediblər ki, təmas xəttində hər şey nəzarət altındadır. Bu gün qarşıya qoyulan əsas vəzifə dinc sakinlərin təhlükəsizliyinin tam təmin olunmasıdır. Məzəm kəndində evlərin qarşısına istinad divarlarının çəkilməsi, Quşçu Ayrım kəndində evlərin pəncərələrinin hörülməsi, Bala Cəfərlidə evlərin dam örtüklərinin yenilənməsi, Fərəhlidə və digər sərhəd kəndlərində təhlükəsizlik tədbirlərinin həyata keçirilməsi bu deyilənlərin ən bariz nümunəsidir. Çıxışlarda bildirilib ki, qüdrətli Azərbaycan ordusu bu gün dünyanın ən güclü ordularından biridir.
   Bala Cəfərli kənd sakinlərindən Telman Kosayev, Ceyhun Rəhimov, Yasəmən Quliyeva və başqaları çıxış edərək qeyd ediblər ki, kəndin düşmənlə bir addımlıqda yerləşməsinə baxmayaraq onlar bu gün tam təhlükəsiz yaşayır və təsərrüfat işləri ilə məşğul olurlar. Kənddə işıq, qaz, su, nəqliyyat və başqa sahələrdə heç bir problem yoxdur. Sakinlər bildiriblər ki, onlar üçün önəmli olan odur ki, daha əvvəlki illərdə olduğu kimi problemlərini demək üçün icra hakimiyyətinə getmirlər. İcra başçısı tet-tez əhalinin yanına gəlir. Bu isə sakinlərə qol-qanad verir.
   Cəfərli kənd sakinlərindən Mehman Nəbiyev, Cəbrayıl Əsgərov, Sabir Vəliyev çıxış edərək onları narahat edən məsələləri həmişə diqqət mərkəzində saxladığına, Cəfərli kəndi ilə mütəmadi olaraq maraqlandığına görə rayon rəhbərliyinə öz dərin minnətdarlıqlarını bildiriblər.
   Eyni minnətdarlıq sözlərini Xanlıqlar kənd sakinlərindən Zərnişan Vəliyeva, Xatın Hüseynəliyeva, Faiq Quliyev də söyləyiblər. Bildiriblər ki, sərhəd kəndlərinin təhlükəsizliyinin təmin olunması üçün hər bir sakin diqqətli olmalı, ayıq-sayıqlığı itirməməlidir.
  Ağköynək kənd sakinlərindən Solmaz Məmmədova, Səfurə Vəliyeva, Zərnişan Cəfərova və başqaları çıxışı zamanı vurğulayıblar ki, təhlükəsizliyiklərinin tam təmin olunduğundan tam əmindirlər. Lakin buna arxayın olmaq lazım deyil. Sakinlər də bunun üçün əllərindən gələni əsirgəməməlidirlər.
   Görüşlərdə çıxış edənlər həmişə xalqın arasında olduğuna, kənd sakinləri ilə mütəmadi olaraq görüşlər keçirdiyinə və onların problemlərini həll etdiyinə görə rayon İcra Hakimiyyətinin Başçısı Rəcəb Babaşova öz dərin minnətdarlıqlarını çatdırıblar.

Vəli VƏLİYEV
“Respublika”

Keçidlər