Şriftin ölçüsü :

Saytın rəngi :

Şəhidlər Xiyabanı əsaslı şəkildə yenidən qurulur

12 iyun 2017 | 16:00

  “Torpaq, əgər uğrunda ölən varsa Vətəndir” deyirlər. Bəli, bu yolda minlərlə igid Azərbaycan oğulları öz canlarından keçərək şəhidlik zirvəsinə ucalıb. Öz torpaqlarını qanları bahasına qoruyub. Bu gün düşmənlə 168 km məsafədə yerləşən Qazax rayonu da torpaqlarımızın ərazi bütövlüyünün qorunmasında yüzlərlə şəhid verib.
  Qazax rayon İcra Hakimiyyətinin Başçısı cənab Rəcəb Babaşov fəaliyyətə başladığı ilk gündən şəhid ailələrinə xüsusi diqqət ayırdı, onların problemləri ilə yaxından maraqlandı. İlk növbədə şəhidlərin uyuduğu qəbiristanlıqları ziyarət etdi və abadlaşdırmaq üçün xüsusi tapşırıqlar verdi.
Verilən tapşırıqlar nəticəsində şəhərdəki Şəhidlər qəbirstanlığı, Yuxarı Salahlı, Çaylı, Xanlıqlar və Daş Salahlı kəndlərində olan Şəhidlər Xiyabanlarında, eləcə də şəhidlərin dəfn olunduğu bütün qəbiristanlıqlarda abadlıq-bərpa işləri aparıldı. Şəhidlərin xatirəsinə çəkilmiş bulaqda təmir-bərpa işləri aparıldı. Bir sözlə, qəbiristanlıqlarda şəhidlərin adına layiq məqsədyönlü işlər görüldü. Şəhərdə şəhidlərin adına abidə-bulaq kompleksləri tikildi. Eyni zamanda şəhidləırin adına olan bulaqlar əsaslı şəkildə yenidən quruldu. Bu, cənab Rəcəb Babaşov tərəfindən şəhidlərimizə və şəhid ailələrinə göstərilən diqqət və qayğının ən bariz nümunəsidir.
  Qazaxda şəhərin mərkəzində yerləşən, şəhidlərin adı ilə bağlı bir müqəddəs ünvan da var – Şəhidlər Xiyabanı. Burada da əsaslı şəkildə təmir-tikinti işlərinə start verilib. Bu günlərdə xiyaban yenidən qurulur. İlk növbədə milli ornamentlətlə Şəhidlər Xiyabanı yazılmış sözlər diqqəti özünə cəlb edir. Xiyabanın şəkillər vurulmuş hissəsi torpaqlarımızın ərazi bütövlüyünün qorunması zamanı şəhid olmuş qazaxlı Milli Qəhrəmanlarımızın qara mərmərdə əks olunmuş fotoları ilə başlayır. Sonra isə sıra ilə digər şəhid oğullarımızın şəkli əks olunmuş və adları yazılmış mərmər lövhələr bir-birini əvəz edir. Artıq lövhələrin böyük əksəriyyəti asılıb.
  Bundan başqa xiyabanın ətrafında yerləşən yaşayış evlərinin dam örtüyü dəyişdirilib, fasad hissələri yenidən rənglənib.  Geniş bir əraziyə park salınıb. Dekorativ və həmişəyalıl gül kolları, qazon otu əkilib. Yeni işıqlandırma sistemi quraşdırılıb. Bir neçə ay öncə başlanılan işlər demək olar ki, tamamlanmaq üzrədir.
  Şəhid ailələri ilə yanaşı bütün rayon sakinləri də xiyabanda aparılan tikinti-quruculuq işlərinə görə rayon İcra Hakimiyyətinin Başçısı cənab Rəcəb Babaşova öz dərin minnətdarlıqlarını bildirirlər.

 

Keçidlər