Şriftin ölçüsü :

Saytın rəngi :

YAP Qazax rayon təşkilatının konfransı keçirilib

23 iyun 2017 | 16:00

Bu gün Yeni Azərbaycan Partiyası Qazax rayon təşkilatının IX konfransı keçirilib. Konfransda YAP Siyasi Şurasının üzvü, Milli Məclisin deputatı Hadı Rəcəbli, Milli Məclisin Deputatı Naqif Həmzəyev, YAP İcra Katibliyinin məsul işçisi Rafael Gülməmmədov iştirak ediblər.
Konfrans iştirakçıları əvvəlcə Ümummilli lider Heydər Əliyevin abidəsi önünə gül dəstələri qoyaraq əziz xatirəsini ehtiramla yad ediblər.
Dövlət Himni səsləndikdən sonra konfrans öz işinə başlayıb. İlk öncə konfransda ötən müddət ərzində YAP Qazax rayon təşkilatının fəaliyyətini əks etdirən video-slayd nümayiş olunub.
YAP Qazax rayon təşkilatının sədri Həmid Pənahov giriş sözü ilə çıxış edərək konfransın gedişi ilə bağlı məlumat verib.
Sonra hesabat məruzəsi ilə çıxış edərək ötən konfransdan ötən müddət ərzində rayonumuzda və təşkilatda görülən işlər, həyata keçirilən tədbirlər barədə konfrans iştirakçılarına ətraflı məlumat verib.
Bildirib ki, ulu öndər Heydər Əliyev müstəqil Azərbaycanın memarı olduğu kimi, eyni zamanda, Yeni Azərbaycan Partiyasının da yaradıcısıdır. Ümummilli liderin qurucusu olduğu və Prezident İlham Əliyevin müdrik və qətiyyətli fəaliyyəti ilə güclənən Yeni Azərbaycan Partiyası ölkəmizin qurtuluş simvoluna, tərəqqi rəmzinə çevrilib. Bu gün YAP Azərbaycan xalqı tərəfindən dəstəklənən, böyük nüfuza malik olan qüdrətli siyasi qüvvədir. Yeni Azərbaycan Partiyası öz ətrafında xalqımızın qabaqcıl ziyalılarını, intellektual potensialını birləşdirmək baxımından cəmiyyətin alternativsiz partiyasıdır.
Konfransda YAP Qazax rayon təşkilatı nəzarət-təftiş qrupunun sədri Ramil Qurbanovun hesabat məruzəsi də dinlənilib.
YAP Gənclər Birliyi Qazax rayon təşkilatının sədri Vüsal İsmayılov, YAP Qazax rayon təşkilatı Qadınlar Şurasının sədri Asya Alhüseynova, YAP Qazax rayon təşkilatının şura üzvü Valeh Vəliyev, partiya fəalı Məmməd Yusifov məruzə ətrafında çıxış edərək ötən zaman ərzində rayon təşkilatında görülən işlərdən danışıblar.
Milli Məclisin deputatları Naqif Həmzəyev, Hadı Rəcəbli, Qazax rayon İcra Hakimiyyətinin Başçısı cənab Rəcəb Babaşov konfransda çıxış edərək YAP-ın yarandığı tarixi şəraitdən, keçdiyi çətin və şərəfli yoldan, partiyanın yaradıcısı Ümummilli lider Heydər Əliyevin xilaskarlıq missiyasından bəhs edərək vurğulayıblar ki, məhz ulu öndərin uzaqgörən siyasəti nəticəsində Azərbaycan dövləti parçalanmaqdan, anarxiya, xaos və tənəzzüldən qurtularaq bugünkü yüksək inkişaf səviyyəsinə gəlib çıxmışdır. Qeyd ediblər ki, nail olduğumuz müstəqillik bu gün Prezident, YAP-ın sədri İlham Əliyevin yürütdüyü daxili və xarici siyasət nəticəsində daha da möhkəmlənmiş, Azərbaycanın müstəqilliyi əbədilik qazanmışdır.
Konfransın qərar layihəsi oxunduqdan sonra təşkilati məsələlərə baxılıb. Rayon təşkilatı şurasının, idarə heyətinin və nəzarət-təftiş qrupunun üzvləri seçilib.
Həmid Təşkilat oğlu Pənahov yekdilliklə yenidən Yeni Azərbaycan Partiyası Qazax rayon təşkilatının sədri seçilib.

Keçidlər