Şriftin ölçüsü :

Saytın rəngi :

Qazaxda tütün yığımına başlanılmışdır

03 iyul 2017 | 16:00

Qazaxda tütün yığımına başlanılıb. Bu il rayon üzrə 50 hektar sahədə tütün əkilib. Bunun 30 hektarı Kosalar kəndi ərazisindədir.
Əkin zamanı ən çox “Virciniya” sortuna üstünlük verilib. Məhsuldarlıq baxımından olduqca əlverişli olan bu sort boyu uca olmasa da, yarpaqları enli və çox olması ilə diqqəti cəlb edir.  Tütünün maya dəyərinin az olması üçün kənd sakinləri rayonun Cəfərli kəndində şitili özləri yetişdiriblər. Hal-hazırda tütün yarpaqlarının dərilməsinə başlanılıb. Yarpaqlar yığılıb qurtardıqdan sonra qurudulub zavoda təhvil veriləcəkdir.
Tütün yığımı ilə yanaşı sahələrin suvarılması və alaq otlarından təmizlənməsi işləri də aparılır.

Keçidlər