Şriftin ölçüsü :

Saytın rəngi :

Qazaxda kənd təsərrüfatına dair müşavirə

05 iyul 2017 | 16:00

Respublikanın hər yerində olduğu kimi, Qazaxda da kənd təsərrüfatıməhsullarının yığılmasına start verilmişdir. Rayonda kənd təsərrüfatının hazırki durumu, taxıl biçininə hazırlıq, biçin zamanı yanğından mühafizə və suvarma suyunun hazırki vəziyyəti, taxıl biçinin vaxında və itkisiz başa çatdırılması və digər kənd təsərrüfatı  bitkilərinin becərilməsi ilə əlaqədar geniş müşavirə keçirildi.

            Qazax Rayon Gənclər Mərkəzində keçirilən müşavirədə idarə, müəssisə və təşkilat rəhbərləri, sahibkarlar, işçi qrupunun üzvləri, Sudan İstifadə Edənlər Birliyinin sədrləri, RİHB-nın kənd inzibati ərazi dairəsi üzrə nümayəndələri və bələdiyyə sədrləri, KİV nümayəndələri iştirak edirdilər.

            Müşavirəni giriş sözü ilə Qazax rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Babaşov açaraq rayonda kənd təsəsrrüfatı sahəsində görülən işlərdən danışdı.O qeyd etdi ki, bu gün rayonumuzda kənd təsərrüfatı sahəsində mühüm tədbirlər həyata keçirilir. İndi kəndlərdə işlərin qızğın çağıdır. Taxıl biçininə saylı günlər qalmış, tütün yığımı isə artıq başlamışdır.İlkin göstəricilərin ürəkaçan olması yığımın sonunda məhsuldarlığın planlaşdırıldığından da bol olacağından xəbər verir.  Belə bir vaxtda müşavirəni keçirməkdə məqsəd kənd təsərrüfatı sahəsində görülən işləri nəzərdən keçirmək, qarşıda duran vəzifələri müzakirə etmək, su və texnika sarıdan kənd təsərrüfatının necə təmin olunması vəziyyətini aydınlaşdırmaq, daha çox ehtiyac olan resursları müəyyən etməkdir. 

            Rəcəb Babaşov bildirdi ki, həyata keçirilmiş aqrotexniki tədbirlər nəticəsində kənd təsərrüfatının bütün sahələrində  normal çıxış alınıb və yüksək məhsuldarlıq gözlənilir. Əkinlərin suvarma suyu ilə təmin olunması sahəsində də heç bir problem yoxdur. Belə ki, rayon ərazisindəki 274 kilometr  uzunluğunda olan arxlar tamamilə təmizlənmiş və su itkisinin qarşısı alınmışdır. Bununla yanaşı bu gün müşavirəni çağırmaqda məqsədimiz mövcud vəziyyəti müzakirə edərək çatışmazlıqları sizin özünüzdən eşitmək və problemlərin həll olunması üçün konkret tədbirlərin görülməsidir.

            Müşavirədə icra hakimiyyəti aparatının ərazi idarəetmə və yerli özünüidarəetmə orqanları ilə iş şöbəsinin müdiri Məmməd Alıyev, Kənd Təsərrüfatı İdarəsinin rəisi Həmid Pənahov, Suvarma Sistemləri İdarəsinin rəisi Abbas Göyüşov çıxış edərək kənd təsərrüfatı sahəsində görülən işlərdən, həyata keçirilən aqrotexniki tədbirlərdən danışdılar.  

            Sonra sahibkarlardan Nəbi Paşayev, Eldar Carçıyev, Elxan Cürənov, Vahid Musayev və Xıdır Məmmədov söz alaraq rəhbərlik etdikləri təsərrüfatlarda işlərin gedişi ilə əlaqədar heç bir problem olmadığını bildirdilər.

            SİB sədrlərindən  Almara Abdullayeva (Daş Salahlı), Mikayıl Umudlu (Yuxarı Salahlı), Qədir Mustafayev (Xanlıqlar), Asim Carçıyev (Çaylı), Əsəd Mahmudov (Hüseynbəyli), Məzahir Şıxəliyev (Kosalar) çıxış edərək suvarmanın bütün kəndlərdə növbəlilik əsasında aparıldığını və kənd təsərrüfatının su ilə tam təmin olunduğunu vurğulayıblar. Çıxışılarda qeyd olunub ki, suvarma ilə bağlı illərdən bəri yığılıb qalan problemlər görülən məqsədyönlü tədbirlər nəticəsində tamamilə aradan qaldırılıb, su itkisinin minimuma endirilməsi üçün yerlərdə gecə növbətçiliyi  təşkil edilmişdir. Suvarma kanallarının beton örtüklərlə üzlənməsinin su itkisinin qarşısının alınmasında daha effektiv olacağı səsləndirilirdi.

            Müşavirədə taxıl biçininin başlanması ilə əlaqədar Fövqəladə Hallar Nazirliyi tərəfindən görülən təhlükəsizlik tədbirlərindən də söz açılıb. Qeyd olunub ki, ötən il bu sahədə heç bir problem olmayıb.Ümidvarıq ki, bu il də taxıl biçini təhlükəsiz başa çatdırılacaqdır. Rayon mərkəzindən uzaq olan əkin sahələrində yanğısöndürən zaman maşın hazır vəziyyətdə dayandırılmışdır.

            Qazax rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Babaşov müşavirəyə yekun vuraraq öz tapşırıq və tövsiyələrini verib.

                                                                                                                                                                            Vəli VƏLİYEV,

                                                                                                                                                                            "Respublika"

                                                                       

Keçidlər