Şriftin ölçüsü :

Saytın rəngi :

Qazax rayonunda yol infrastrukturu yenidən qurulur

31 iyul 2017 | 16:00

Vətəndaşların rahat gediş-gəlişini təmin etmək istiqamətində dövlət başçısının verdiyi tövsiyyə və tapşırıqlara əsasən respublikamızın hər yerində olduğu kimi Qazax rayonunda da yeni yollar çəkilir və əsaslı təmir olunur.
Qazax-Gürcüstan Dövlət sərhədi avtomobil yolunun 44 km-lik hissəsi, ümumi uzunluğu 7 km olan  Qazaxbəyli-Orta Salahlı-Aşağı Salahlı, ümumi uzunluğu 23 km olan Yuxarı Salahlı-Kəmərli, ümumi uzunluğu 27 km olan Qazax-Quşçu Ayrım avtomobil yolları tikilb isifadəyə verilmişdir.
Cənab Rəcəb Babaşov Qazax rayonu İcra Hakimiyyətinin başçısı təyin olunduqdan sonra rayonda yol infrastrukturunun yenidən qurulması işləri daha da genişləndirilmişdir. Belə ki,  ötən il çox qısa bir zamanda uzunluğu 10 km olan Qazax-Kosalar avtomobil yolu tikilib istifadəyə verilmişdir.  Bundan sonra, “Azəravtoyol” ASC tərəfindən Bakı-Tbilisi avtomobil yolunu Qazax–Əskipara yolu ilə birləşdirən, uzunluğu 6 km olan  7705 nəfər əhalinin yaşadığı Çaylı kəndinin içərisindən keçən avtomobil yolunun tikintisi işləri davam edir. Hazırda ümumi uzunluğun 2,5 km olan 1711  nəfər əhalinin yaşadığı Hüseynbəyli kəndini rayon mərkəzi ilə birləşdirən avtomobil yolunun asfaltlaşdırılması işlərinə başlanılmışdır. Artıq yolun I qatında asfalt işləri başa çatmış, yolun II qatında isə hazırlıq işlərinə başlanılmışdır. Qeyd etmək lazımdır ki, Qazax-Hüseynbəyli avtomobil yolunun imkanlarından qonşu Ağstafa rayonunun Düzqışlaq, Qarahəsənli, Kolayır və digər kəndlərinin sakinləri də istifadə edəcəkdir.
Qazax-Hüseynbəyli avtomobil yolunda tikinti işləri başa çatdıqdan sonra uzunluğu 7 km olan və Ermənistanla sərhəddə yerləşən 1213 nəfər əhaliyə xidmət göstərəcək Qazax-Böyük Cəfərli strateji əhəmiyyətli avtomobil yolunun tikintisinə başlanılacaqdır.

Keçidlər