Şriftin ölçüsü :

Saytın rəngi :

Qazaxda tikilən yeni uşaq bağçaları yaxın günlərdə istifadəyə veriləcəkdir

01 avqust 2017 | 16:00

Rayon rəhbərliyi tərəfindən daim diqqət və qayğı ilə əhatə olunan körpələrimizin daha yaxşı şəraitdə tərbiyə və təhsil almaları üçün Qazaxda hər cür şərait yaradılır. Bu gün rayonumuzda bir neçə ay bundan əvvəl tikintisinə başlanılan 100 yerlik yeni bağça binasının inşa olunması bunun əyani sübutudur.
  Yeni inşa olunan 1 saylı körpələr evi-uşaq bağçası 2 korpusdan ibarətdir. Bağçanın əsas korpusu isə 3 mərtəbədən və zirzəmidən ibarətdir.
  Əsas binadan əlavə hər birinin həcmi 100 kubmetr olan 2 ədəd su anbarı, nasosxana və qazanxana da tikilib. Bağçada oyun meydançası, 3 ədəd söhbətgah da vardır ki, bu da uşaqların asudə vaxtlarının səmərəli keçməsi üçün olduqca vacibdir.
  Həmçinin əsas binada yataq otaqları, qrup oyun otaqları, qəbul otağı, texniki otaq, bufet, sanitar-uzel otağı, ütüləmə, mətbəx, tibb kabineti, qabyuma otağı da tikilibdir. Bundan əlavə holl, direktor, müavin, kompyuter və dəftərxana otaqları da inşa olunub.
Bağçada daxili hissədə işlər tam başa çatıb. Hazırda xarici fasad hissədə rənglənmə işləri aparılır və qısa vaxtda başa çatdırlacaqdır. Eyni zamanda bağçanın həyətinə tamet plitələr düzülür. Yeni tikilən 100 yerlik 1 saylı körpələr evi-uşaq bağçasının yaxın vaxtlarda körpə balaların ixtiyarına veriləcəkdir. 
  Bununla yanaşı, rayonun Daş Salahlı kəndində inşa olunan yeni bağçalarda da tikinti işləri başa çatmaq üzrədir. Kənddə 3 uşaq bağçasından ikisi qəzalı vəziyyətdə olduğundan onların yenidən tikintisinə ehtiyac var idi. Bir neçə ay bundan əvvəl rayon icra hakimiyyətinin təşəbbüsü və kənddə fəaliyyət göstərən "HGC GROUP" MMC-nin yaxından iştirakı ilə bu bağçalardan ikisində əsaslı təmir və yenidənqurma işlərinə başlanılıb. Burada yüksək keyfiyyətli tikinti materiallarından istifadə edilir. Artıq hər iki bağçada mətbəx, yemək və yataq otaqları, musiqi, idman və əyləncə zalları inşa edilib, mərkəzləşdirilmiş istilik sistemi yaradılıb. Bağçaların hər ikisi yaxın günlərdə istifadəyə veriləcəkdir.

Keçidlər