Şriftin ölçüsü :

Saytın rəngi :

Qazaxda kartof yığımına başlanılmışdır

07 avqust 2017 | 16:00

Son 1 ildə Qazax rayonunda kənd təsərrüfatı məhsullarının, əkin sahələrinin və məhsuldarlığın artırılmasına xüsusi diqqət və qayğı göstərilir. Taxılın, şəkər çuğundurunun, tütünün və kartofun əkin sahələri daha da genişləndirilmişdir.
Kartofun əkin sahəsi bu il 376 hektar artırılaraq 809 hektara çatdırılmışdır. Vaxtında şumlama işləri aparılmış, sahələrə lazımi qaydada gübərələr verilmişdir.  Görülmüş işlərin nəticəsidir ki, sahələrdə bol məhsul yetişdirilib.
Avqust ayının əvvəlindən başlayaraq kartof yığımına başlanılmışdır. Hər hektardan 40-45 ton məhsul götürülür. Hazırda kartof yığımı sürətlə aparılır. Bu məqsədlə sahələrdə 1000 nəfərdən çox insan çalışır.
Ən əsası məhsulun satışı  üçün bazar mövcuddur. Kartof məhsulunu sahələrdə satmaq mümkündür. Kartofun ilk satış qiyməti 27-30 qəpikdir.

Keçidlər