Şriftin ölçüsü :

Saytın rəngi :

Qaxda keçirilmiş Respublika Müşavirəsi kəndlini daha yaxşı işləməyə ruhlandırır

08 avqust 2017 | 16:00

Qazaxdakı Gənclər Mərkəzində Qaxda Prezident İlham Əliyevin sədrliyi ilə barama, tütün və fındıq istehsalının inkişafı məsələlərinə dair Respublika Müşavirəsi ilə bağlı toplantı keçirilmişdir.
Tədbirdə kənd təsərrüfatı ilə məşğul olan fermer təsərrüfatlarının üzvləri, aidiyyatı idarə, müəssisə və təşkilat rəhbərləri, şəhər və kənd İƏD üzrə nümayəndələr, bələdiyyələr, fermerlər, ictimaiyyət və KİV nümayəndələri iştirak etmişlər.
Müşavirəni Qazax rayonu İcra Hakimiyyətinin başçısı cənab Rəcəb Babaşov açaraq bildirmişdir ki, avqust ayın 4-də Qaxda ölkə prezidenti İlham Əliyev cənablarının sədrliyi ilə barama, tütün və fındıq istehsalının inkişafı məsələlərinə dair respublika Müşavirəsi keçirilmişdir. İcra başçısı kimi həmin müşavirədə mən də iştirak edirdim. Cənab İlham Əliyevin proqram xarakterli, dərin məzmunlu nitqini diqqətlə dinlədim. Cənab Prezident bu Müşavirədə təkcə bu sahəni deyil, ümumiyyətlə, kənd təsərrüfatının inkişafı ilə bağlı öz dəyərli fikirlərini tədbir iştirakçıları ilə bölüşdü və hamını işlədikləri bütün sahələrdə daha yaxşı çalışmağa, məhsul bolluğu yaratmağa həvəsləndirdi.
Möhtərəm Prezidentimiz  bildirdi ki, ulu öndər Heydər Əliyev Azərbaycandan Moskvaya gedəndən sonra bu sahələrdə də, bütün digər sahələrdə də Azərbaycan tənəzzüllə qarşılaşdı, nəticədə müstəqilliyimizin ərəfəsində ölkə iqtisadiyyatı və sənayesi, demək olar ki, çox ağır vəziyyətdə idi. Ənənəvi kənd təsərrüfatı sahələri tənəzzülə uğradı. Ulu öndər Heydər Əliyev xalqın tələbi ilə hakimiyyətə qayıdandan sonra– 1993-cü ildən başlayaraq ölkəmizdə sabitlik təmin edildi, bütün qanunsuz silahlı birləşmələr tərksilah edildi, hərc-mərcliyə son qoyuldu və Azərbaycan sabitlik dövrünə qədəm qoydu.
Dövlət başçısı qeyd etdi ki, tütünçülüyün, baramaçılığın, fındıqçılığın ən uğurlu və sürətli inkişaf dövrü ulu öndər Heydər Əliyevin adı ilə bağlıdır. Məhz onun fəaliyyəti nəticəsində 1970-1980-ci illərin əvvəllərində bu sahələrdə böyük inkişaf təmin edilmişdir. O vaxt bu sahələrdə görülən işlər deməyə əsas verir ki, biz bu gün həmin sahələri uğurla bərpa edə bilərik. Nəinki bu sahələr, kənd təsərrüfatının pambıqçılıq, üzümçülük və digər sahələri də Heydər Əliyevin rəhbərliyi ilə uğurla inkişaf etmişdir. Biz bu ənənəvi sahələri bu gün bərpa edirik.
Ancaq müstəqillik dövründə ilk növbədə ərzaq təhlükəsizliyi məsələləri ön plana çıxdı. Ona görə də biz əsas diqqəti bu sahəyə yönəltdik. Bunun nəticəsində bu gün taxılçılıqda böyük inkişaf var. Ət istehsalı Azərbaycanın tələbatını, demək olar ki, ödəyir. Biz özümüzü toyuq əti ilə 100 faiz, süd və süd məmulatları ilə təqribən 80 faiz səviyyəsində təmin edirik. Azərbaycandan böyük həcmdə meyvə-tərəvəz ixrac edilir. Yəni, ərzaq təhlükəsizliyi məsələləri prioritetdir. Növbəti illərdə daha  böyük nəticələr olacaq. O ki qaldı, texniki bitkilərə, bu sahəyə o qədər də diqqət göstərilməmişdir. Bunun da səbəbləri onunla bağlı idi ki, investisiyalar, ilk növbədə, infrastruktura, ərzaq təhlükəsizliyi məsələlərinə qoyulmalı idi.  Dövlət başçısı xüsusi olaraq vurğuladı ki, pambıqçılıq sıradan çıxmaqda idi. O cümlədən tütünçülüyə maraq göstərilmirdi, baramaçılıq isə ümumiyyətlə, gündəlikdən çıxarılmışdı. Ona görə, bu sahələrə göstərilən diqqət nəticəsində cəmi iki il ərzində dönüş yarandı. Pambıq istehsalı artdı. 2015-ci ildə cəmi 17 min hektarda pambıq əkilirdisə, bu il əkin sahələri 136 min hektara çatdı, yəni iki il ərzində təxminən 10 dəfə artdı.
Qeyd edim ki, cənab Prezident əvvəlcə tütünçülüyün inkişafına toxundu. Qeyd olunan sahələrlə bağlı sovet və müstəqillik dövrlərində əldə olunan nəticələrin statistikasına nəzər salaraq artıq 13 rayonda tütün əkininin aparıldığını bildirdi. Qeyd etdi ki, tütün istehsalçılarına güzəştli kreditlər verilməli, hər rayonda tütün qəbulu məntəqələri və qurutma kameraları yaradılmalı, tütünün ixracı ilə bağlı bazarlar müəyyən olunmalı, ölkədə müasir siqaret istehsal edən fabriklər fəaliyyətə başlamalı, 2021-ci ilə qədər tütün əkini genişləndirilməlidir.
Fındıqçılıqda da müəyyən inkişafın getdiyini, lakin hələ istənilən səviyyəyə çatmaq üçün çox işlərin görülməsinin vacibliyini bildirən dövlət başçısı 80 min hektar sahədə fındıq bağlarının salınmasının qarşıdakı dövrdə əsas hədəf olduğunu bildirdi. Fındıqçılığın çox gəlirli və valyuta gətirən bir sahə olduğunu deyən dövlətimizin başçısı fındıq istehsalı ilə bağlı bütün proseslərin ölkəmizdə aparılmasının vacibliyini vurğuladı.
Baramaçılığın inkişafından da danışan dövlətimizin başçısı hazırda 30 rayonda barama istehsal olunduğunu bildirdi. Gələn il 500 ton barama tədarükünün gözlənildiyini deyən Prezident İlham Əliyev 2025-ci ilə qədər bu həcmin 6 min tona çatdırılmasının mümkünlüyünü vurğuladı. Ötən il ölkəmizə 1,5 milyon tut tinginin gətirildiyini söyləyən dövlət başçısı bu sahədə dövlət dəstəyinin davam edəcəyini, növbəti mərhələdə 8 milyon tut tinginin əkiləcəyini və bu rəqəmin ümumilikdə 10 milyona çatdırılmasının ¬planlaşdırıldığını qeyd etdi. Bununla yanaşı, damazlıq barama təsərrüfatlarının fəaliyyətinin yaxşılaşdırılması, qəbul məntəqələrinin və yeni ipək kombinatının yaradılması, “Şəki İpək” ASC-nin fəaliyyətinin daha da gücləndirilməsi ilə bağlı tapşırıqlarını verdi.
Bu müşavirə bizdə böyük təəssüratlar yaratdı. Bir daha möhtərəm Prezidentimiz  İlham Əliyevin  ölkə iqtisadiyyatının, əhalinin bütün təbəqələrinin rifahının yüksəldilməsi naminə nə qədər böyük zəhmət çəkdiyinin şahidi olduq.
Rayon İcra Hakimiyyətinin başçısı cənab Rəcəb Babaşov müşavirə haqqında tədbir iştirakçılarına geniş məlumat verdikdən sonra Qazax rayonunda kənd təsərrüfatının inkişafı ilə bağlı görülmüş işlər və qarşıda duran vəzifələr barədə danışmışdır.
Sonra Qazax Rayon Kənd Təsərrüfatı idarəsinin rəisi Həmid Pənahov çıxış edərək bildirmişdir ki, ölkəmizdə qeyri-neft sektorunun inkişaf etdirilməsi, xaricdən ərzaq aslılığının ləğv edilməsi, aqrar sahənin inkişaf etdirilərək ixracatın artırılması üçün Möhtərəm Prezidentimiz İlham Əliyev cənablarının qarşıya qoyduğu tapşırıqları, qəbul olunmuş dövlət proqramlarını yerinə yetirmək üçün respublikamızın hər bir yerində olduğu kimi Qazax rayonunda da məqsədyönlü işlər aparılır. Yeni istehsal sahələri yaradılır, aqrar sahədə daha çox məhsul əldə etmək üçün müasir texnologiyalardan istifadə olunur, aqrotexniki qaydalara əməl olunur. İstehsalçıların öz məhsullarını satmaları üçün əvvəlcədən emal müəssisələri ilə müqavilələr bağlanılır. Rayon İcra Hakimiyyəti Başçısının rəhbərliyi ilə kənd sakinlərinin mütəmadi olaraq görüşləri keçirilir, onların problemləri öyrənilir, əkinçiliyin inkişaf etdirilməsi, torpaqdan səmərəli istifadə edilməsi üçün lazimi tövsiyyələr verilir və köməkliklər göstərilir.
Məhz bunun nəticəsidir ki, 2016-ci ilin payızında 2017-ci ilin məhsulu üçün 8277,7 hektar buğda,  2750,6 hektar arpa olmaqla cəmi 11028,3 hektar taxıl, 2017-ci ildə 11,5 hektar yazlıq buğda,  34 hektar vələmir,  52 hektar paxlalılar, 504,8 hektar qarğıdalı,  5,6 hektar darı,  630,5 hektar  təzə yonca,  2706 hektar köhnə yonca,  62,5 hektar günəbaxan,  50 hektar  tütün,   809 hektar kartof, 31,4 hektar bostan,  522,97 hektar  şəkər çuğunduru, 85,92 hektar sorqo,  483,8 hektar tərəvəz əkilmişdir. Rayon üzrə 21180 hektar əkinə yararlı torpaq sahəsindən 17018,39 hektarı əkin, 365,9 hektarl üzüm bağı, 188 hektarı fındıq bağı, 1076 hektarı digər meyvə bağlarıdır. 2165,41 hektar dincə qoyulmuş sahədir. Bu da ötən ilə nisbətən əkin sahəsinin 2124,39 hektar artması deməkdir. Taxıl sahəsi 3240,8 hektar, kartof sahəsi 376 hektar, tütün 40 hektar, qarğıdalı 180,8 hektar, tərəvəz 48,8 hektar, günəbaxan 6 hektar, sorqo 65,42 hektar artmış, ilk dəfə olaraq 522,97 hektar şəkər çuğunduru əkilmişdir.
Hazırda taxıl biçini başa çatmışdır. Rayon üzrə 2750,6 hektar arpa sahəsindən 6629 ton, yəni hər hektardan 24,1 sentner,  8289,2 hektar buğda sahəsindən 29840 ton, yəni hər hektardan 36 sentner olmaqla cəmi 11039,8 hektar taxıl sahəsindən  cəmi 36469 ton, yəni orta hesabla 33,03 sentner taxıl biçilmişdir. Bu da ötən ilə nisbətən  taxılın 12776  ton, məhsuldarlığın  isə 2,9 sentner çox olması deməkdir. Biçinə 55 ədəd kombayn cəlb edilmişdır. Taxılın vaxtında itkisiz yığılması üçün bütün imkanlardan istifadə edilərək heç bir itkiyə yol verilmədən taxıl biçini başa çatmışdır. Hazırda paxlalıların, tütün yarpağının, kartofun, bostan və tərəvəz bitkilərinin məhsul yığımı, yonca sahələrində ot biçini davam edir. Bütün sahələrdə yüksək məhsuldarlıq əldə edilir. Bu da əkin və becərmə zamanı yüksək aqrotexniki qaydalara əməl olunmasının nəticəsidir.
Ölkə Prezidenti İlham Əliyev cənabları 04 avqust 2017-ci il tarixdə Qax şəhərində keçirilmiş barama, tütün və fındıq istehsalının inkişafı məsələlərinə dair Respublika Müşavirəsində gələcəkdə adı çəkilən sahələrin inkişaf etdirilməsini qarşımıza ən vacib məsələ kimi qoymuşdur.
Qeyd etmək istəyirəm ki, bu il  20 nəfər kümçü 100 qutu barama ipəkqurduna xidmət edərək 4623 kq barama istehsal etmiş və 40233,11 manat gəlir əldə etmişlər. Bu da ötən ildən 3121 kq çox istehsal və 28641,11 manat çox gəlir deməkdir. 2018-ci ildə 5000 kq barama istehsalı proqnozlaşdırılır. Bildiyiniz kimi, baramaçılığın inkişaf üçün ən vacib məsələ onun yem bazasının olmasıdır. 2016-cı ilə kimi rayonda 2500 ədəd tut  ağacı var idi. Yem bazasını artırmaq üçün 2016-cı ilin payızında 22000 ədəd yeni tut tingləri əkilmişdir ki, bunun da 20000 ədədi Çin Xalq Respublikasından gətirilmiş tinglərdir. 2018-ci ildə 1000 ədəd yeni ting əkilməsi nəzərdə tutulur.  Tütünçülüklə bağlı qeyd etmək istəyirəm ki, ötən il rayonda 10 hektar sahədə 12 nəfər istehsalçı tütün becərərək 15635 kq quru tütün istehsal edilmiş və əvvəlcədən bağlanmış müqavilə əsasında Şəki şəhərində yerləşən “İlham M” MMC-yə təhvil verərək 22397,05 manat gəlir əldə etmişlər. Bi il isə 12 fiziki və 1 nəfər hüquqi şəxs 50 hektar sahədə tütün becərir. 100 tondan çox quru tütün yarpağı istehsalı proqnozlaşdırılır. Bu günə kimi 25 tona qədər quru tütün yarpağı istehsal edilmişdir.
Son illər rayonumuzda fındıqçılığın inkişafı ilə bağlı rayonumuzda bu sahəyə maraq artmışdır. 2010-cu ildə 105 hektar sahədə fındıq bağı olmuşdur. 2016-cı ilin payızında 39 hektar, 2017-cı ilin yazında isə 13 hektar  yeni fındıq bağları salınmışdır. Hal-hazırda rayonumuzda 188 hektar fındıq bağı vardır ki, ondan 136 hektarı bar verən bağlardır.
Kənd Təsərrüfatının inkişafı ilə bağlı dövlət dəstəyini daim göstərir. Baramanın hər kiloqramına görə 5 manat, tütünün hər kiloqramına görə 0,05 manat, buğdanın hər hektarına görə 90 manat, digər kənd təsərrüfatı bitkilərinin hər hektarına görə 50 manat subsidiya verilir. Eyni zamanda əkinçilərə güzəştli şərtlərlə mineral gübrələr və pesdisidlər satılır.
2016-cı ildə 2017-ci ilin məhsulu üçün 855 ton, 2017-ci ildə isə 696 ton olmaqla cəmi 1484 ton gübrə gətirilərək istifadə olunmuşdur. Bundan 225 tonu amofos,  337 tonu nitroamofos, 131 tonu ammoniumsulfat, 130 tonu karbomid, 603 tonu ammonim nitrat, 60 tonu kalium sulfat gübrələridir. Həmin gübrələr güzəştli qiymətlərlə istehsalçılara çatdırılmışdır.  1650 hektar sahədə gəmiricilərə qarşı kimyəvi mubarizə aparılmışdır.
Kənd Təsərrüfatı məhsullarının becərilməsi üçün rayon ərazisində işə yararlı vəziyyətdə olan  154 ədəd traktor, 87 ədəd kotan, 74 ədəd mala,  15 ədəd gübrəsəpən, 46 ədəd taxıl toxumsəpən, 44 ədəd oxarxı çəkən tək korpus kotan, 29 ədəd taxıl biçən kombayn, 7 ədəd kartofsəpən, 7 ədəd kartof çıxaran, 5 ədəd 7 cərgəli reyper, 7 ədəd qollu çiləyici, 3 ədəd frez, 28 ədəd otbiçən, 15 ədəd ot dırmığı, 55 ədəd ot kipləyən vardır ki, onlardan da “Aqrolozinq”də 5 ədəd traktor, 5 ədəd kotan, 4 ədəd taxıl biçən kombayn  1 ədəd çiləyici, 1 ədəd taxil səpən, 1 ədəd biçən, 1 ədəd mala, 1 ədəd qoşqu mövcuddur.
Sonda Müşavirədə iştirak edən fərmer təsərrüfatlarının rəhbərləri çıxış etmişlər, onların  rəy və təklifləri dinlənilmişdir.
Müşavirəyə rayon İcra Hakimiyyətinin başçısı cənab Rəcəb Babaşov yekun vurmuşdur.

Keçidlər