Şriftin ölçüsü :

Saytın rəngi :

Kosalar və Xanlıqlar kəndlərindəki uşaq bağçaları yenidən qurulur

11 avqust 2017 | 16:00

Bu gün Qazax rayonunda tikinti, abadlıq və quruculuq işləri geniş vüsət alıb. Küçə və meydanlar, səkilər, parklar əsaslı şəkildə yenidən qurulur, yeni mədəniyyət binaları tikilib istifadəyə verilir.
Diqqət çəkən məqamlardan biri də odur ki, bu tikinti-quruculuq işləri təkcə rayon mərkəzində deyil, rayonun bütün ərazilərində, sərhəd kəndlərində və digər yaşayış məntəqələrində də aparılır. Buna misal olaraq son aylar Çaylı və Hüseynbəyli kəndlərinə çəkilən asfalt yolları  göstərmək olar.
Bütün sahələrlə yanaşı böyüməkdə olan körpələrin sağlam şəraitdə tərbiyə almalarına da böyük diqqət və qayğı göstərilir. Buna  şəhər mərkəzində inşa olunan 3 mərtəbəli 1 saylı körpələr evi-uşaq bağçasının yeni tilkilən binası misal ola bilər. Şəhərlə  yanaşı kəndlərdə də yeni uşaq bağçaları tikilir və əsaslı şəkildə yenidən qurulur.  Kosalar və Xanlıqlar kəndlərindəki körpələr evi-uşaq bağçalarının əsaslı şəkildə yenidən qurulması insanı sevindirir. 
Hər iki kənddə tikinti işləri sürətlə davam etdirilir.

Keçidlər