Şriftin ölçüsü :

Saytın rəngi :

Qazax rayonunda sənaye zonası yaradılacaq

14 avqust 2017 | 16:00

Müasir istehsal infrastrukturuna malik sənaye zonasının yaradılması ölkədə sənaye sahələrinin inkişafını, ölkə iqtisadiyyatının tarazlı inkişafının təmin edilməsini, habelə istehsal sahələrinin və onun innovasiya istiqamətinin inkişafını nəzərdə tutan dövlət siyasətinin reallaşdırılmasına yönəldilmişdir. Sənaye zonasının yaradılması, həmçinin ölkənin qeyri-neft sektorunun davamlı inkişafı, ölkə iqtisadiyyatının ixrac qabiliyyətinin artırılması, ətraf rayonlarda məşğulluğun təmini baxımından xüsusilə əhəmiyyətlidir. Azərbaycan Respublikası Prezidentinin 2014-cü il 26 dekabr 964 nömrəli Sərəncamı ilə təsdiq edilmiş "Azərbaycan Respublikasında sənayenin inkişafına dair 2015-2020-ci illər üçün Dövlət Proqramı"na uyğun olaraq ölkəmizdə sənaye zonasının yaradılmasına başlanılmışdır.Artıq bu istiqamətdə işlər davam etdirilir, müvafiq Sərəncamdan irəli gələn vəzifələr həyata keçirilir.
     Qazax rayonunda 2000-ci ildən fəaliyyət göstərən “Saloğlu” mebel fabriki nəinki respublikamızda, eləcə də artıq xarici ölkələrdə belə tanınır. Fabrik Qərb bölgəsinin ən böyük rəqabətli müəssisələrindən biridir. Fabrikin istehsal etdiyi məhsullar alıcılar tərəfindən böyük rəğbətlə qarşılanır.
      Burada çalışan 350-dən artıq işçi Qazax və Ağstafa rayonlarını təmsil edir. Müəssisədəki müxtəlif adda olan 8 sexdə məhsullar öz profilinə uyğun olaraq hissə-hissə hazırlanaraq mebel və oradan fabrikin ölkəmizin müxtəlif yerlərində fəaliyyət göstərən satış mağazalarına göndərilir.
Müəssisədə çalışan işçilər işlərindən razılıq edirlər, aldıqları əmək haqqlarının normal olduğunu bildirirlər.
   Qazax rayonunda yaradılacaq sənaye zonasında bir neçə yeni istehsal müəssisələri fəaliyyət göstərəcəkdir. Bunlardan tikiş fabrikini, süngər istehsalı fabrikini, metal işləmə fabrikini, elektrod istehsalat zavodunu misal göstərmək olar. Məqsəd idxaldan asılılığı azaltmaq, əlavə vəsait xərclənməsinin qarşısını almaq, əhalinin məşğulluluğunu artırmaqdır. Eyni zamanda əsas hədəflərdən biri məhsul istehsalını artırmaq, daxili bazarı gücləndirmək, ixrac potensialını genişləndirmək və ölkəyə valyutanın cəlb edilməsidir.

Keçidlər