Şriftin ölçüsü :

Saytın rəngi :

Qazaxda sahibkarlıq üçün münbit şərait yaradılmışdır

15 avqust 2017 | 16:00

 Ölkə prezidenti İlham Əliyev cənablarının sahibkarlığın inkişafına verdiyi dəstək iş adamlarının qarşısında geniş imkanlar açmışdır. Ölkə başçısının göstərdiyi diqqət və qayğının fonunda sahibkarlar səmərəli fəaliyyət göstərmək imkanı əldə ediblər. Qazax rayonunda da sahibkarlığın inkişafı üçün münbit şərait yaradılmışdır. Sahibkarlığın rolunun gücləndirilməsinin, bu istiqamətdə göstərilən diqqət və qayğının artırılmasının, bu sahənin inkişafına maneçilik törədən bütün neqativ halların aradan qaldırılmasının nəticəsidir ki, Qazax rayonunda sahibkarlıq daha geniş inkişaf edir.
       Rayonun II Şıxlı kəndində “İnvestel QRUP” MMC tərəfindən görülən geniş miqyaslı işlər də Qazaxda sahibkarlığın inkişafı üçün yaradılmış münbit şəraitə daha bir nümunədir. Kənd təsərrüfatı məhsullarının əkini, biçini və istehsalı ilə məşğul olan cəmiyyət tərəfindən bu sahənin inkişafı üçün 8 milyon 550 min investisiya qoyulması nəzərdə tutulmuşdur. Hazırda burada görüləcək gələcək işlər üçün möhkəm zəmin yaradılır. Belə ki, cəmiyyət istifadəsində olan ərazidə  eni 16 metr, uzunluğu isə 90 metr olan böyük bir anbar tikib. Burada gələcəkdə istehsal ediləcək məhsullar və lazım gələndə kənd təsərrüfatı texnikaları saxlanılacaqdır.
      “İnvestel QRUP” MMC-nin istifadəsində 836 hektar torpaq sahəsi var. Gələcəkdə bu sahələrdə müxtəlif təyinatlı kənd təsərrüfatı məhsulları əkiləcək, cəmiyyət məhsul bolluğu yaradılmasına öz töhvəsini verəcəkdir.
Sahələrin suvarılması, əkinlərin su ilə müntəzəm təmin olunması günün ən vacib vəzifələrindən biridir. Bu problemi həll etmək üçün cəmiyyət 10 km uzunluğunda daşıyıcı xəttin çəkilməsini qarşısına məqsəd qoyubdur. Su xəttinin çəkilməsini ANKZ – 4  ASC həyata keçirir. İş icraçısı Səfiyar Bayramov bildirib ki,  Xram çayından 2 daşıyıcı xəttin çəkilməsinə başlamışıq. Diametri 530-luq xəttin çəkilişində 6 briqada çalışır.  Xram çayının sahilində  nasosxana tikiləcək və burada 3 nasos quraşdırılacaqdır.  Hər xəttə 1 nasos su vuracaqdır, 1 nasos isə ehtiyatda saxlanılacaqdır. Xram çayından qoşa xətt vasitəsilə suyu anbara vurmaq məqsədilə gələcəkdə 2 ədəd 2500 kubluk su anbarının tikilməsi nəzərdə tutulmuşdur. Qısa müddətdə hər iki xəttin 1 km hissəsi artıq çəkilib başa çatdırılıb. İş icraçısı bildirib ki, öhdələrinə götürdükləri işi iki ay yarıma başa çatdıracaqlar.
        Su xətti çəkilib başa çatdırıldıqdan sonra boz çöllərə yeni həyat veriləcəkdir.  Bu isə insanların həyat səviyyəsinin yüksəldilməsi və rifah halının yaxşılaşdırılması deməkdir.

Keçidlər