Şriftin ölçüsü :

Saytın rəngi :

Sahələrdə məhsul boldur

29 avqust 2017 | 16:00

Qazax rayonunda bu günlər kartofçuluqla məşğul olan zəhmət adamlarının işləri daha çoxdur. Onlar becərdikləri sahələrdə yetişdirdikləri bol məhsulu yığmaqla məşğuldurlar. Əmək adamlarının aylardan bəri çəkdikləri zəhmət hədər getməyb. Kənd təsərrüfatının başqa sahələrində olduğu kimi, kartofçuluqda da  nümunəvi işlər görülüb.  Kartof əkilmiş sahələrdə bol məhsul yetişdirilib.
Kartofçuluğun gəlirli sahə olduğu nəzərə alınaraq bu il əkin sahələri genişləndirilmiş və rayon üzrə 809,1 hektar sahədə kartof əkilmişdir. Bu da ötən illə müqayisədə 376,1 hektar çoxdur. Hazırda sahələrdə məhsul yığımı sürətlə davam edir.
Bu günədək sahələrdən 9400 tondan çox məhsul yığılıb ki, bu da yüksək göstəricidir. Orta hesabla hər gün 13-15 hektar sahənin məhsulu yığılır. Sahələrdə məhsul  boldur.

Keçidlər