Şriftin ölçüsü :

Saytın rəngi :

Səməd Vurğun Poeziya Evi əsaslı təmir olunur

30 avqust 2017 | 16:00

Səməd Vurğun Poeziya Evi 1976-cı ildən fəaliyyət göstərir. Ulu öndər Heydər Əliyevin təşəbbüsü ilə yaradılmış bu sənət məbədgahı, xalq şairi Səməd Vurğunun 70 illik yubileyi münasibətilə istifadəyə verilmişdir. Ümummilli lider Heydər Əliyev 1979-cu ildə, Prezident İlham Əliyev isə 2004 və 2011-ci illərdə Poeziya Evində olmuşlar.
Yarandığı gündən şeirsevərlərin ziyarətgahına çevrilmiş Poeziya Evində mütəmadi olaraq şair və yazıçılarla görüşlər, onların kitablarının təqdimatı, yaradıcılıqlarına həsr olunmuş tədbirlər keçirilir.
Poeziya Evi istifadəyə verildiyi vaxtdan cəmi 2 dəfə əsaslı təmir olunmuş və son təmirdən 6 il vaxt keçdiyi üçün müasir tələblərə cavab vermirdi. Bu da onun normal fəaliyyət göstərməsinə mane olurdu. Qazax rayon İcra Hakimiyyətinin Başçısı cənab Rəcəb Babaşov bu günlərdə Poeziya Evində olmuş və yaranmış vəziyyəti nəzərə alaraq bu sənət məbədgahının əsaslı şəkildə təmir olunması haqqında göstəriş vermişdir. Rayon rəhbərliyinin tapşırığına əsasən 1 foyedən və 4 zaldan ibarət olan binada təmir işlərinə başlanılıb. Qiraət və digər zallarda, eləcə də foyedə suvaq-astar və üzlük işləri görülür. Eyni zamanda Poeziya Evinin daxilində işıqlanma sistemində olan çatışmazlıqlar artıq aradan qaldırılıb. Binanın işıqlandırma sistemi təmir olunaraq yenisi ilə əvəz edilib.
Bununla yanaşı, parkın giriş hissəsindən ətrafına qədər olan ərazidə də işıq sistemi təmir edilərək müasir tələblərə cavab verən səviyyəyə çatdırılıb. Poeziya Evinin həyətindəki fəvvarələr də əsaslı şəkildə təmir olunancaqdır və su xətləri yenisi ilə əvəz ediləcəkdir.
Poeziya Evində əsaslı təmir işlərinin keyfiyyətlə aparılmasına da diqqət yetirilir.
  Yaxın günlərdə Poeziya Evində aparılan əsaslı təmir işləri başa çatacaqdır.

Keçidlər