Şriftin ölçüsü :

Saytın rəngi :

Rayonun ümumtəhsil məktəblərinin II, V və VI sinif rəhbərləri ilə mülki müdafiə üzrə metodiki toplantı keçirilmişdir

07 sentyabr 2017 | 16:00

Qazax şəhərindəki  Gənclər  Mərkəzində   rayonun  ümumtəhsil   məktəblərinin  II, V və VI  sinif rəhbərləri ilə mülki müdafiə üzrə metodiki toplantı keçirilmişdir
Toplantıda rayon İcra Hakimiyyəti başçısı aparatında İnformasiya təminatı və təhlil sektorunun müdiri Azad Hümbətov, aparıcı məsləhətçi-psixoloq Kəmalə Cəfərova, Gəncə regional Fövqəladə Hallar və Mülki Müdafiə şöbəsinin rəisi  polkovnik Məhəmməd Tağıyev, regional şöbənin baş zabiti mayor Bəhayi Nəsirov, rayon Təhsil Şöbəsinin metodisti Orxan Əliyev, Qazax Müalicə Diaqnostika Mərkəzində travmatoloq-cərrah Fəxrəddin Əliyev, rayonun ümumtəhsil   məktəblərinin  II, V və VI  sinif rəhbərləri iştirak etmişlər.
Tədbiri giriş sözü ilə rayon İcra Hakimiyyəti başçısı aparatında İnformasiya təminatı və təhlil sektorunun müdiri Azad Hümbətov açmış, keçirilən toplantının əsas məqsədi, mülki müdafiənin rolu və vəzifələri barədə, rayonda görülmüş işlər və qarşıda duran vəzifələr barədə ətraflı məlumat vermiş, tədbir iştirakçılarının diqqətini qarşıya qoyulan problemin hərtərəfli öyrənilməsinə və həllinə yönəltmişdir.
Sonra Gəncə regional Fövqəladə Hallar və Mülki Müdafiə şöbəsinin rəisi, polkovnik Məhəmməd Tağıyev “Fövqəladə Hallar Nazirliyinin əhalinin mühafizəsində rolu, Mülki müdafiənin məqsədləri və vəzifələri, mülki müdafiənin təbliğində müəllimlərin rolu“ mövzusunda məruzə ilə çıxış etmişdir.
Daha sonra Gəncə regional FH və MM şöbəsinin baş zabiti, mayor Bəhayi Nəsirov, Qazax Müalicə Diaqnostika Mərkəzində travmatoloq-cərrah Fəxrəddin Əliyev, Xanlıqlar kənd tam orta məktəbinin müəllimi Xatın Hüseynxanova çıxış edərək mülki müdafiə ilə bağlı məlumatlar vermişlər.
Tədbirdə iştirak edən 191 nəfər rayonun  ümumtəhsil   məktəblərinin  II, V və VI  sinif rəhbərlərini maraqlandıran suallar ətraflı cavablandırılmış, fövqəladə hallarla bağlı slayd materialları və videoçarxlar nümayiş olunmuşdur.
Ümumtəhsil məktəblərinin II, V və VI sinif rəhbərlərinə şagirdlərlə keçirilən mülki müdafiə üzrə dərslərin proqramı çatdırılmış, lazımi tövsiyyələr verilmişdir.
Sonda RİHBA-da İnformasiya təminatı və təhlil sektorunun müdiri Azad Hümbətov çıxış edərək tədbirə yekun vurmuşdur.

 

 

Keçidlər