Şriftin ölçüsü :

Saytın rəngi :

Rayon İcra Hakimiyyətinin başçısı Hüseynbəyli kəndinin sakinləri ilə görüşmüşdür

08 sentyabr 2017 | 16:00

Hüseynbəyli kəndinin bir qrup sakini bu gün Qazax rayon İcra Hakimiyyətinin Başçısı Rəcəb Babaşovun qəbulunda olan zaman yaşadıqları ərazidə su sarıdan problem yaşadıqlarını bildirmişdilər. Cənab Rəcəb Babaşov elə bu gün kəndə gələcəyini və problemlə yerində tanış olacağını söyləmiş və axşam saatlarında kəndə gələrək  sakinlərlə görüşmüşdür. Görüş zamanı onları bir-bir dinləmişdir. Kənd sakinlərindən Əsəd Mahmudov, Novruz Alıcanov, Mahirə Abbasova və başqaları söz alıb kəndə gəldiyinə, onların problemləri ilə yerindəcə tanış olduğuna, eləcə də kəndə qısa vaxt ərzində asfalt yol çəkdirdiyinə görə kənd sakinləri adından dərin minnətdarlıqlarını bildirmişlər. Həmçinin yaşadıqları ərazidə su problemindən, elektrik enerjisindəki gərginliyin  zəif olmasından, telefon xətlərindəki bir sıra nöqsan və çatışmazlıqlardan da danışmışlar.
Cənab Rəcəb Babaşov bildirmişdir ki, problem və çatışmazlıqları söyləməkdən heç vaxt çəkinməyin.  Rayonun hər yerində problemlər tədricən aradan qaldırılır və bu işlər davam etdirilir. 
Görüş zamanı kənddə göstərilən problemlərin, nöqsan və çatışmazlıqların həlli istiqamətində aidiyyəti qurumların rəhbələrinə lazımi tapşırıqlar verilmişdir.

 

Keçidlər