Şriftin ölçüsü :

Saytın rəngi :

Görülən işlər sakinlərdə fərəh hissi oyadır

09 sentyabr 2017 | 16:00

Qazax rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Babaşov mütəmadi olaraq şəhər və kəndlərdə olur, həm görülən işlərlə yerindəcə tanış olur, həm də sakinlərlə görüşərək problem və çatışmazlıqları öyrənir.
Bu gün qeyri-iş günü olmasına baxmayaraq rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Babaşov Daş Salahlı kəndində olaraq orada aparılan tikinti-abadlıq işləri ilə maraqlanıb, öz tapşırıq və tövsiyələrini verib.
Sonra İcra Başçısı şəhərdə “Çinarın dibi” deyilən ərazidəki “Gilliyin binası” adlanan yaşayış massivinə gələrək burada yaşayan sakinlərlə görüşüb. Sakinlər Rəcəb Babaşovu çox böyük mehribanlıqla və səmimiyyətlə qarşılayıblayıblar. Elə görüşdə sözə də sakinlər başlayıblar. Nailə Əliyeva, Safura İsgəndərova, Mələk Əliyeva, Pərnisə Məmmədova və başqaları çıxış edərək yaşadıqları binanın özündə, eləcə də həyətində görülən işlərə görə rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Babaşova bütün sakinlər adından öz dərin minnətdarlıqlarını bildiriblər. Qeyd ediblər ki, yaşadıqları Ə.Şıxlinski küçəsi 4 və 5 ünvanlarındakı beşmərtəbəli binalar baxımsızlıq ucbatından pis hala düşmüşdü. Binanın həyəti çala-çuxur idi, gecələr bura zülmətə qərq olurdu. Xeyir-şər evlərinin demək olar ki, quru adı var idi. Zirzəmilərə isə girmək olmurdu.
Çatışmazlıqlar haqqında danışdıqdan sonra sakinlər görülən işlərdən söz açıblar. “Çox sağ olun ki, Siz bura gəldiniz və elə o gündən də burada abadlıq-quruculuq işlərinə başlanıldı. Binaların həyətlərinə çınqıl tökülərək hamarlandı. Xeyir-şər evləri demək olar ki, yenidən tikilib istifadəyə verildi. Gözümüz necə deyərlər, indi işıq görür. Binaların həyətləri işıqlandırıldiqdan sonra indi axşamlar evlərimizə rahat gedib-gələ bilirik. 4 saylı binanın bloklarının giriş hissəsinin dam örtüyü də yenidən düzəlib. Hər iki binanın zirzəmiləri təmizlənərək dərmanlanıb”. Sakinlər yekdilliklə bildirdilər ki, Rəcəb müəllimin tapşırığına əsasən görülən bu abadlıq işlərindən sonra demək olar ki, biz ağ günə çıxmışıq. İndi çox asudə və rahat yaşayırıq. Çünki binalarımızda heç bir problem yoxdur.
Rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Babaşov sakinləri dinlədikdən sonra bildirdi ki,  ölkəmiz gündən-günə daha da abadlaşır, insanların yaşayış səviyyəsi yüksəlir. Ona görə də respublikamızın hər yerində olduğu kimi Qazax rayonu da gözəl və yaraşıqlı olmalıdır. Siz bundan da yaxşısına layiqsiniz.
Görüşün sonunda Rəcəb Babaşov uşaqlarla xatirə şəkli çəkdirdi.

 

 

 

Keçidlər