Şriftin ölçüsü :

Saytın rəngi :

"Birinci Şıxlı" kəndli fermer təsərrüfatı yeni dərs ilində şagirdləri sevindirmişdir

14 sentyabr 2017 | 16:00

"Birinci Şıxl" kəndli fermer təsərrüfatı yeni dərs ilində şagirdləri sevindirmişdir. Belə ki, "Birinci Şıxlı Kəndli Fermer Təsərrüfatı" MMC-nin  direktoru Tərlan Hüseynovun təşəbbüsü ilə xeyriyyəçilik tədbiri həyata keçirilmişdir. Rayonun müxtəlif məktəblərində təhsil alan şagirdlərin bir qrupuna məktəb ləvazimatları ilə birlikdə məktəbli çantası hədiyyə edilmişdir.
Bu münasibətlə Fermer təsərrüfatının inzibati biansında keçirilən mərasimdə İcra Hakimiyyətinin, Fermer təsərrüfatının məsul işçiləri, şagirdlər və onların valideynləri, KİV nümayəndələri iştirak etmişlər.
Tədbiri giriş sözü ilə RİHB aparatında İctimai-siyasi və humanitar məsələlər şöbəsi müdirinin müavini Məhəmməd Orucov açmış və respublikamızda, eləcədə rayonda təhsilə dövlət səviyyəsində göstərilən diqqət və qayğıdan, son bir il yarım ərzində  Qazaxda təhsil sahəsində görülmüş işlərdən, qazanılmış uğurlar və əldə olunmuş nailiyyətlərdən danışmıdşır.
Göstərmişdir ki, rayonda həyata keçirilən bütün tikinti-abadlıq, quruculuq işlərində, sağlam, şəffaf və işgüzar şəraitin yaradılmasında  Rayon İcra Hakimiyyətinin başçsıı cənab Rəcəb Babaşovun  fəaliyyəti çox böyükdür. Göstərilən diqqət və qayğının nəticəsidir ki, digər sahələrdə olduğu kimi, təhsil sahəsində də böyük nailiyyətlər qazanılmışdır. Çaylı kənd 1 saylı, Yuxarı Salahlı kənd tam orta məktəblərin binaları əsaslı təmin olunmuş, Abbasbəyli kənd ibtidai məktəbi üçün modul tipli yeni məktəb binası tikilmişdir. Bütün təhsil müəssisələrində və uşaq bağçalarında isitmə sistemi qaydaya salınmışdır. Bütün bunlar ötən dərs ilinin yekunlarında öz müsbət nəticələrini göstərmişdir. Rayonda şagirdlərin keyfiyyətli təhsil almaları üçün hər cür şərait yaradılmış və onlara hər cür diqqət və qayğı göstərilir. Bu gün keçirilən xeyriyyəçilik tədbiri də bunun əyani nəticəsidir.
RİHB aparatının məsul işçisi Kəmalə Cəfərova yeni dərs ili və Bilik günü münasibətilə şagirdləri təbrik etmiş  və onlara möhkəm cansağlığı, yeni-yeni uğurlar arzulamışdır.
Sonra məktəb ləvazimatları ilə dolu məktəbli çantaları şagirdlərə hədiyyə olunmuşdur. Onlar və onların valideynləri çox sevindiklərini bildirmişlər, ölkə başçısı İlham Əliyev cənablarına və rayon İcra Hakimiyyətinin başçısı cənab Rəcəb Babaşova dərin minnətdarlıqlarını bildirmişlər.
Onlar eyni zamanda belə xeyriyyəçilik fəaliyyətinə görə "Birinci Şıxlı Kəndli Fermer Təsərrüfatı" MMC-nin direktoru Tərlan Hüseynovdan da razı qaldıqlarını söyləmişlər.

Keçidlər