Şriftin ölçüsü :

Saytın rəngi :

Kommuna kəndinə yeni asfalt yol çəkilir

22 sentyabr 2017 | 16:00

Qazax rayonunda kəndlərə asfalt yollar çəkilir. Kosalar kəndindən sonra Hüseynbəyli kəndinin yolu da asfaltlaşdırılıb. Çaylı kəndində isə bu iş yekunlaşmaq üzrədir.
Hazırda Kommuna kəndinə yeni asfalt yolun çəkilişinə başlanılıb. 2,65 kilometr  uzunluğunda olan bu yol  kəndi Qazax-Quşçu Ayrım yolu ilə birləşdirir.  Yol Körpü- Bina-Tikinti MMC tərəfindən çəkilir.
Artıq bir neçə gündür ki, işə başlanılıb.  Qısa müddətdə xeyli iş görülüb. Yolun köhnə asfalt hissələri qazılaraq təmizlənib. Eyni zamanda, yolda texnika vasitəsi ilə hamarlama işləri aparılırb. Yol boyunca 9 ədəd suötürücü, 9 ədəd böyük ölçüdə, 7 ədəd isə kiçik ölçüdə borular qoyulub. Hazırda yolun çəkilişinə mane olacaq qaz və elektrik xətləri səhmana salınır.
Hazırlıq işləri demək olar ki, başa çatmaq üzrədir. Yaxın günlərdə asfalt yolun tikintisinə başlanılacaqdır.

Keçidlər