Şriftin ölçüsü :

Saytın rəngi :

Kosalar kəndində 2 və 3 saylı uşaq bağçalarının açılışı olmuşdur

02 oktyabr 2017 | 16:00

Son vaxtlar rayonda digər sahələrlə yanaşı, məktəbəqədər yaşlı körpələrin sağlam böyümələrinə, məktəbəqədər tərbiyə müəssisələrin maddi-texniki bazasının möhkəmləndirilməsinə də böyük diqqət yetirilir. Bu məqsədlə onların hərtərəfli və düzgün böyüməsi, tərbiyə olunması üçün yeni uşaq bağçaları tikilir, müasir inventar və avadanlıqlarla təmin olunur.
Faktlara nəzər salaq. Rayonun Daş Salahlı kəndində  2 və 3 saylı uşaq bağçalarda tikinti işləri artıq başa çatmışdır. Xanlıqlar kəndindəki uşaq bağçasında əsaslı təmir işləri sürətlə davam etdirilir. Bu gün açılışına toplaşdırğımız Kosalar kəndində isə 30 yerlik 2 saylı körpələr evində  və 25 yerlik 3 saylı uşaq bağçasında əsaslı təmir işləri tam başa çatdırılmışdır.
Bu məqsədlə kənddə bağçaların açılış mərasimi keçirilmişdir. Tədbirdə rayon İcra Hakimiyyətinin məsul işçiləri, rayonda fəaliyyət göstərən uşaq bağçalarının müdirləri, kənd sakinləri, valideynlər və KİV nümayəndələir iştirak etmişlər.
Tədbiri giriş sözü ilə Rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Babaşov açmış, ölkəmizdə azyaşlı körpələrə dövlət tərəfindən göstəriən diqqət və qayğıdan, məktəbəqədər tərbiyə müəssisələrinin maddi-texniki bazasının möhkəmləndirilməsi sahəsində görülmüş işlərdən danışmışdır. Bildirmişdir ki, bu sahədə Azərbaycan Respublikasının birinci vitse-prezidenti Mehriban xanım Əliyeva tərəfindən hərtərəfli və məqsədyönlü işlər görülür. Kosalar kəndində bu gün açılışına toplaşdığımız uşaq bağçaları da göstərilən həmin diqqət və qayğının  nəticəsidir. Hazırda rayonumuzda digər sahələrlə yanaşı, yeni uşaq bağçalarının əsaslı təmiri və tikintisi daha da genişləndirilmişdir. Qazax şəhərində 100 yerlik 1 saylı uşaq bağçasının yeni binasının tikintisi, Daş Salahlı kəndində 2 və 3 saylı uşaq bağçalarının binalarında aparılan yenidənqurma və əsaslı təmir işləri artıq başa çatdırılmışdır. Xanlıqlar  kəndində  55 yerlik uşaq bağçasında əsaslı təmir işləri sürətlə aparılır. Bu gün isə Kosalar kəndindəki iki yeni uşaq bağçasının açılışıdır. Bu münasibətlə sizin hamınızı təbrik edirəm. Körpə balalarımıza cansağlığı, sağlam həyat, onların müəllimlərinə isə yeni–yeni uğurlar və müvəffəqiyyətlər arzulayıram. Hər iki bağçanın kollektivinə uğurlu fəaliyyət arzulayıram.
Sonra çıxışlar olmuşdur. Kənd sakinlərindən şair, Əməkdar incəsənət xadimi Barat Vüsal, “Qabaqcıl maarif xadimi”, təqaüdçü müəllimə Rəfiqə Məmmədova, şair Cavanşir Rüstəm, valideynlərdən Dilşad Mustafayeva, Könül Süleymanova və başqaları uşaqlar üçün  yaradılmış belə gözəl şəraitə görə ölkə prezidenti İlham Əliyev cənablarına və rayon İcra Hakimiyyətinin başçısı cənab Rəcəb Babaşova dərin minnətdarlıqlarını bildirmişlər. Sonra rəmzi  lent kəsilmiş və tədbir iştirakçıları hər iki bina ilə  yaxından tanış olmuşlar.
Bağçada tərbiyə alan uşaqlar növbə ilə Vətən, Ana və Ordumuz haqqında şeirlər söyləmişlər. Onların söylədiyi şeirlər böyükl maraqla qarşılanmışdır.
Sonra cənab Rəcəb Babaşov bağçaların kollektivləri və körpə balalarla xatirə şəkli çəkdirmişdir.
Daha sonra cənab Rəcəb Babaşov Daş Salahlı və Xanlıqlar kəndlərinə gəlmişdir. Daş Salahlı kəndində aparılan tikinti-abadlıq və Xanlıqlar kəndindəki uşaq bağçasında aparılan əsaslı təmir işləri ilə tanış olmuşdur. Aparılan işlərin gedişi ilə maraqlanmış, göstəriş və tapşırıqlarını vermişdir.

Keçidlər