Şriftin ölçüsü :

Saytın rəngi :

Tikinti və əsaslı təmir işləri keyfiyyətlə aparılır

06 oktyabr 2017 | 16:00

Qazax rayonunda geniş vüsət alan tikinti-quruculuq işləri getdikcə daha da sürətlənir. Aparılan abadlıq işlərinin sürəti ilə yanaşı onun keyfiyyətinə, təmirin yüksək səviyyədə yerinə yetirilməsinə nəzarət olunur. Bununla əlaqədar rayon rəhbərliyi mütəmadi olaraq təmir gedən yerlərdə olur, görülən işlərlə maraqlanır, tapşırıq və tövsiyələrini verir.
Qazax rayon İcra Hakimiyyətinin başçısı cənab Rəcəb Babaşov bu gün Xanlıqlar kəndində əsaslı şəkildə təmir olunan körpələr evi-uşaq bağçasına gələrək aparılan tikinti-quruculuq işlərinin vəziyyəti ilə tanış olub.


Sonra İcra Başçısı rayon mərkəzi xəstəxanasında, “Azərxalça” ASC Qazax filialının yeni binasında, şəhər 1 saylı körpələr evi-uşaq bağçasında və hərbi şəhərcikdəki beşmərtəbəli binada aparılan tikinti-quruculuq və son tamamlama  işləri ilə maraqlanıb. Görülən işləri yüksək qiymətləndirərək müvafiq tapşırıqlarını verib.
Rayonda tikintisi aparılan və əsaslı təmir olunan sosial və istehsalyönümlü obyektlərdə işlər başa çatmaq üzrədir. Tikinti və əsaslı təmir işləri hər yerdə keyfiyyətlə aparılır.

 

Keçidlər