Şriftin ölçüsü :

Saytın rəngi :

Yeni Azərbaycan Partiyasının yaranmasının 25-ci ildönümünə həsr olunmuş turnir keçirilmişdir

12 oktyabr 2017 | 16:00

Qazax Olimpiya İdman Kompleksinin idman zalında Qazax rayon Gənclər və İdman İdarəsinin, Yeni Azərbaycan Partiyası Qazax rayon Təşkilatı və Qazax Olimpiya İdman Kompleksi MMC-nin birgə təşkilatçılığı ilə Yeni Azərbaycan Partiyasının yaranmasının 25-ci ildönümünə həsr olunmuş 2001-2002-ci il təvəllüdlü yeniyetmələr arasında sərbəst güləş üzrə rayon turniri keçirilmişdir. Turnirdə 50 nəfər idmançı mübarizə aparmışdır.
Dövlət Himni səsləndikdən sonra çıxışlar olmuşdur.
YAP Qazax rayon Təşkilatının sədr müavini Paşa Hadıyev, RİHB Aparatında ictimai-siyasi və humanitar məsələlər şöbəsinin müdir müavini Məhəmməd Orucov, “Göyəzən” qəzetinin baş redaktoru Elçin İsmayıl, rayon Gənclər və İdman İdarəsinin rəisi Vüqar Nəbiyev çıxış edərək YAP-ın yaranma tarixindən, keçirilən yarışın əhəmiyyətindən danışmış, güləşçilərə uğurlar arzulamışlar. 
Sonra yarışa start verilib. 10 çəki dərəcəsində qaliblər müəyyənləşib.
Qalib güləşçilər diplom və medallarla təltif olunublar.

Keçidlər