Şriftin ölçüsü :

Saytın rəngi :

Heydər Əliyev Mərkəzində Dövlət Müstəqilliyi günü qeyd olunub

18 oktyabr 2017 | 16:00

Qazaxdakı Heydər Əliyev Mərkəzində Azərbaycan Respublikasının Dövlət Müstəqilliyinin 26-cı ildönümü münasibətilə tədbir keçirilib.
"Ulu Öndərin özü qədər əbədi müstəqillik" mövzusunda  keçirilən tədbirdə Qazax şəhər 1, 2, 3, 4, 5 saylı məktəblərin, məktəb lisey və əsas məktəbin şagirdləri iştirak ediblər.
Əvvəlcə Azərbaycan Respublikasının Dövlət Himni səslənib.
Sonra Mərkəzin direktoru Ceyhunə Hüseynova "Müstəqilliyimiz əbədidir" mövzusunda məruzə ilə çıxış edərək uşaqlara Azərbaycanın müstəqillikdən sonra  keçdiyi tarixi yol, qazanılmış qələbələr  barədə ətraflı məlumat verib.
Tədbirdə "18 oktyabr Azərbaycan dövlətinin müstəqillik günüdür" adlı film nümayiş olunub.

Keçidlər