Şriftin ölçüsü :

Saytın rəngi :

Dövlət Müstəqilliyi günü qeyd olundu

20 oktyabr 2017 | 16:00

18 Oktyabr – Dövlət Müstəqilliyi Günü münasibətilə Qazax rayonunda toplantı keçirilmişdir. Əvvəlcə ulu öndər Heydər Əliyevin abidəsinin önünə gül dəstələri qoyulmuş və xatirəsi ehtiramla yad olunmuşdur.
Toplantıda rayon icra hakimiyyətinin başçısı Rəcəb Babaşovqeyd etdi ki, ümummilli liderimizin çoxşaxəli fəaliyyətinin nəticələrinə arxalanaraq, onun layiqli davamçısı Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev cənablarının rəhbərliyi altında  hazırda Azərbaycan siyasi, iqtisadi, sosial və hərbi sahələrdə çox böyük tərəqqi əldə etmişdir. Müstəqilliyimizin 26-cı ildönümünü qeyd edərkən bir daha qürur və iftixar hissi ilə deyə bilərik ki,  qazandığımız uğurlar müstəqil Azərbaycanın tarixi nailiyyətləridir. Vaxtilə Ulu Öndər Heydər Əliyev tərəfindən qorunub saxlanılan müstəqilliyimiz bu gün Möhtərəm Prezidentimiz İlham Əliyev cənablarının rəhbərliyi ilə daha da möhkəmləndirilir və onun əbədiliyi təmin edilir.
Ötən 26 il ərzində ölkənin bütün regionlarında olduğu kimi, Qazaxda da böyük tikinti, quruculuq və abadlıq işləri aparılmış, yeni yollar, su xətləri çəkilmiş, körpülər salınmış, sənaye obyektləri tikilmiş, yeni iş yerləri açılmışdır. Rayonda yeni parklar salınmış, təhsil, səhiyyə, mədəniyyət və idman obyektləri, inzibati binalar tikilərək istifadəyə verilmişdir. Şəhərdə geniş abadlıq və quruculuq işləri aparılmışdır.
Sonra çıxışlar olmuşdur. YAP rayon təşkilatının sədri Həmid Pənahov, Qazax RİHB aparatında baş məsləhətçi Vəfa Cəbiyeva,  Qazax Rayon Gənclər və İdman İdarəsinin rəisi Vüqar Nəbiyev, “Avey” Dövlət Tarix-Mədəniyyət Qoruğunun direktoru Səadət Əliyeva, AYB Qazax zona filialının sədri, Əməkdar incəsənət xadimi, şair Barat Vüsal və başqaları çıxış edərək Azərbaycanın Dövlət Müstəqilliyinin əldə olunması, qorunub saxlanılması və daha da  möhkəmləndirilməsi ilə bağlı ölkəmizdə  və rayonumuzda görülmüş işlər barədə  danışmışlar.

Vəli VƏLİYEV,

Respublika

20.10.2017-ci il

Keçidlər