Şriftin ölçüsü :

Saytın rəngi :

Qazaxda Energetiklər Günü qeyd olunub

20 oktyabr 2017 | 16:00

Qazax rayonunda Energetiklər Günü münasibətilə tədbir keçirilib. Qazax rayon İcra Hakimiyyətində keçirilən tədbirdə RİHB Aparatının məsul işçiləri, idarə və müəssisə rəhbərləri, ictimaiyyət və KİV nümayəndələri iştirak edib.
Qazax rayon İcra Hakimiyyətinin başçısı cənab Rəcəb Babaşov çıxış edərək Energetiklər Günü münasibətilə bu sahədə çalışan insanları təbrik edib, ən xoş arzularını bildirib. Qeyd edib ki, Prezident İlham Əliyevin 2004-cü il 13 oktyabr tarixli Sərəncamına əsasən hər il oktyabrın 20-si ölkəmizdə Energetiklər Günü kimi qeyd edilir. Bu gün məqsədyönlü enerji siyasəti hər bir dövlətin milli təhlükəsizliyinin təmin edilməsində çox mühüm əhəmiyyətə malikdir. Ümummilli lider Heydər Əliyev Azərbaycana rəhbərlik etdiyi bütün dövrlərdə respublikamızın energetika kompleksinin, o cümlədən elektrik enerjisi sisteminin inkişafına xüsusi diqqət yetirmiş, bu sahədə misilsiz quruculuq işləri görmüşdür. Ulu öndərin müəyyənləşdirdiyi və Prezident İlham Əliyev cənabları tərəfindən uğurla həyata keçirilən sosial-iqtisadi islahatlar Azərbaycanın güclənməsinə və qüdrətlənməsinə yönəlmişdir. Dövlət başçısının təşəbbüsü və rəhbərliyi ilə iqtisadiyyatın bütün sahələri, o cümlədən elektrik energetikası üzrə mükəmməl proqramların işlənib hazırlanması və uğurla icra edilməsi nəticəsində ölkəmizin iqtisadi inkişafı təmin olunmuşdur.
Qazax Elektrik Şəbəkəsinin rəisi Elşad Məmmədov çıxış edərək onlara göstərilən diqqət və qayğıya görə Ölkə Başçısı İlham Əliyev cənablarına  və rayon rəhbərliyinə energetiklər adından öz dərin minnətdarlığını bildirib.
Tədbirin sonunda rayon İcra Hakimiyyətinin başçısı cənab Rəcəb Babaşov energetika sahəsində fərqlənən bir qrup işçiyə Fəxri Fərman və qiymətli hədiyyələr təqdim edib.

Keçidlər