Şriftin ölçüsü :

Saytın rəngi :

Qazaxda uşaq bağçaları əsaslı şəkildə yenidən qurulur

01 noyabr 2017 | 16:00

Bu gün Qazax rayonunda bütün sahələrlə yanaşı gələcəyimiz olan uşaqlara da daim diqqət və qayğı göstərilir. Onların yaxşı təlim-tərbiyə almaları və sağlam mühitdə böyümələri üçün hər cür şərait yaradılır. Buna misal olaraq rayonumuzda tikilən və əsaslı şəkildə yenidən qurulan körpələr evi-uşaq bağçalarını nümunə göstərmək olar. Rayon rəhbərliyinin diqqət və qayğısı sayəsində nəinki şəhərdə, eləcə də kəndlərdə olan bağçalar yenidən qurularaq müasir görkəmə salınır. Bu yaxınlarda istifadəyə verilən Kosalar kənd 2 və 3 saylı körpələr evi-uşaq bağçası bunun bariz nümunəsidir.
Hal-hazırda isə yeni tikilmiş şəhər 1 saylı, əsaslı şəkildə təmir olunmuş Daş Salahlı kənd 2 və 3 saylı körpələr evi-uşaq bağçalarının binaları açılışa tam hazırdır. Eyni zamanda Xanlıqlar kəndində əsaslı şəkildə yenidən qurulan körpələr evində də son tamamlama işləri görülür.
Rayon İcra Hakimiyyətinin başçısı cənab Rəcəb Babaşov bu gün rayonun Hüseynbəyli və Cəfərli kəndlərində olaraq yararsız halda olan uşaq bağçalarına baxıb, mövcud vəziyyətlə tanış olub. İcra Başçısına məlumat verilib ki, hər iki bağça binası darısqal və körpələrin tərbiyə almaları üçün uyğun deyildir.
Mövcud vəziyyətlə yaxından tanış olan cənab Rəcəb Babaşov yaxın vaxtlarda hər iki bağça binasının yenidən qurulması ilə əlaqədar tapşırıqlar verib.
Rayon rəhbərliyi eyni zamanda hər iki kənddə sakinlərlə görüşüb, onların arzu və təkliflərini dinləyib, tapşırıq və tövsiyələrini verib.
Günün sonunda rayon İcra Hakimiyyətinin başçısı cənab Rəcəb Babaşov Xanlıqlar kəndində əsaslı şəkildə yenidən qurulan körpələr evi-uşaq bağçasında aparılan son tamamlama işləri ilə də tanış olub. Binada aparılan təmir işlərinin qısa müddətdə başa çatdırılmasını tapşırıb.

 

Keçidlər