Şriftin ölçüsü :

Saytın rəngi :

Qazaxda “Uşaq hüquqları aylığı” çərçivəsində dəyirmi masa keçirilmişdir

03 noyabr 2017 | 16:00

Qazaxdakı şəhər 4 saylı və Aşağı Salahlı kənd tam orta məktəblərində “Uşaq hüquqları aylığı” çərçivəsində dəyirmi masa keçirilmişdir.
Tədbiri giriş sözü ilə Qazax rayonu İcra Hakimiyyəti başçısı aparatının İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdir müavini Məhəmməd Orucov açaraq bildirmişdir ki, bu il ölkəmiz tərəfindən BMT-nin Uşaq Hüquqları Konvensiyasını ratifikasiya edilməsinin 25 ili tamam olur. Bu mühüm sənədin icrasının təmin edilməsi istiqamətində uşaq hüquqlarının qorunması və təşviqi sahəsində respublikamızda bir sıra mühüm tədbirlər həyata keçilmişdir.
Hər il olduğu kimi, bu il də ənənəvi olaraq 20 oktyabr – 20 noyabr tarixlərində BMT-nin Uşaq Hüquqları Konvensiyasının qəbul edilməsinin  ildönümü ərəfərinsdə uşaqlara diqqətin artırılması, uşaq hüquqlarının həyata keçirilməsi vəziyyətinin daha da yaxşılaşdırılması məqsədilə ölkəmizdə “Uşaq hüquqları aylığı” elan edilmişdir.
Bu məqsədlə aylıq çərçivəsində ölkəmizin hər yerində olduğu kimi, Qazax rayonunda da müxtəlif tədbirlər, dəyirmi masalar, treninq seminarlar keçirilir, orta ümumtəhsil məktəblərində, uşaq müəssisələrində maarifləndirmə tədbirləri, müsabiqələr, sərgilər təşkil olunur. Bu da uşaqların hüquqlarının qorunmasına və həmçinin onların fəallığının daha da artmasına xidmət edir.
Tədbirdə DTX-nın Qazax rayon şöbəsinin rəis müavini Müşviq Mürsəlov, Rayon Prokurorunun köməkçisi Nəriman Əsədov, Rayon Polis şöbəsinin sahə rəisi Amil Budaqov, Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin  Qazax rayon rayonu üzrə nümayəndəsi Ceyhun Rüstəmov, QMİ-nin bölgə qazisi İlham Süleymanov, şəhər 4 saylı tam orta məktəbin direktoru Məhəmməd Aşırov və Aşağı Salahlı kənd tam orta məktəbin direktoru Cahangir Alnaqov çıxış etmişlər. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev cənablarının 27 dekabr 2011-ci il tarixli Sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında insan hüquq və azadlıqlarının müdafiəsinin səmərəliliyini artırmaq sahəsində Milli Fəaliyyət Proqramı”nda  əhalinin müxtəlif qruplarının, o cümlədən uşaqların hüquqlarının müdafiəsi ilə bağlı müddəalar  barədə danışmışlar.

 

Keçidlər