Şriftin ölçüsü :

Saytın rəngi :

Qazaxlı məktəblilər cənub bölgəsində

11 noyabr 2017 | 16:00

“Ölkəmizi tabıyaq” tur-aksiyasında iştirak edən qazaxlı məktəblilər bu gün axşam saatlarında cənub bölgəsinə gəliblər.
“Ölkəmizi tanıyaq” maarifləndirici tur-aksiyasında iştirak edən Gəncə şəhərinin, paytaxtın Yasamal və Nəsimi, eləcə də Gədəbəy, Samux, Daşkəsən, Şəmkir, Ağstafa və Qazax rayonlarının IX-XI sinif şagirdləri və onların müəllimlərini Lənkəran şəhər icra hakimiyyətinin məsul işçiləri, müəllimlər və ictimaiyyət nümayəndələri qarşılayıb.
Lənkəran şəhərindəki Heydər Əliyev parkında məktəblilər qarşısında çıxış edən şəhər icra hakimiyyəti başçısının birinci müavini Möhübbət Babayev “Ölkəmizi tanıyaq” layihəsi çərçivəsində təşkil olunmuş tur-aksiyaların əhəmiyyətindən danışıb, cənub bölgəsinə səyahət edən məktəblilərə xoş arzularını çatdırıb.
Sonra humanitar aksiyanın iştirakçıları Lənkərandakı “Palıdlı sahil” istirahət mərkəzində yerləşiblər. Şam yeməyindən sonra məktəblilər müxtəlif əyləncəli proqramlarda iştirak ediblər.

Keçidlər