Şriftin ölçüsü :

Saytın rəngi :

Qazax məktəbliləri Lənkaran-Masallı-Astaradan xoş təəssüratlarla qayıdıblar

14 noyabr 2017 | 16:00

Ümumtəhsil məktəblərinin IX-XI sinif şagirdləri üçün “Ölkəmizi tanıyaq” devizi altında keçirilən maarifləndirici tur-aksiyaların daha bir mərhələsi uğurla başa çatıb.
Layihə çərçivəsində noyabrın 11-dən 14-dək tur-aksiyada iştirak edən rayonumuzun məktəbliləri Lənkaran-Masallı-Astara marşrutu üzrə ekskursiya edib, respublikamızın cənub bölgəsi ilə yaxından tanış olublar.
Tur-aksiya olduqca maraqlı keçib və məktəblilər Lənkaran-Masallı-Astaradan zəngin təəssüratlarla qayıdıblar.
Bu gün axşam saatlarında geri dönən məktəblilərin Heydər Əliyev parkında qarşılanma mərasimi olub.
Səfərdən qayıdan məktəblilər tur-aksiyanın keçirilməsinə görə Ölkə Başçısı İlham Əliyev cənablarına öz dərin minnətdarlıqlarını bildiriblər. Onlara həmişə dəstək olduğu üçün Qazax rayon İcra Hakimiyyətinin başçısı cənab Rəcəb Babaşova təşəkkür ediblər.
Öz xoş təəssüratlarını bölüşən tur-aksiya iştirakçıları sonda xatirə şəkli çəkdiriblər.

Keçidlər