Şriftin ölçüsü :

Saytın rəngi :

Konstitusiya günü münasibəti ilə tədbir keçirilmişdir

15 noyabr 2017 | 16:00

Rayonda 12 noyabr - Konstitusiya günü münasibəti ilə tədbir keçirilmişdir. Tədbirdə RİHB aparatının məsul işçiləri, hüquq mühafizə orqanları, idarə və təşkilat rəhbərləri, təhsil, səhiyyə və mədəniyyət işçiləri, gənclər, QHT və KİV nümayəndələri iştirak ediblər.
Tədbiri rayon icra hakimiyyətinin  başçısı Rəcəb Babaşov açaraq bildirib ki,  ulu öndər Heydər Əliyevin rəhbərliyi ilə 1995-ci il noyabrın 12-də referendumla müstəqil Azərbaycanın ilk Konstitusiyası qəbul olunmuşdur. Azərbaycanın  müstəqil həyatı göstərir ki, iqtisadi tərəqqi prosesi nə qədər çətin olsa da, Azərbaycanın dünya birliyində nüfuzu artmış, ölkəmiz davamlı inkişaf yolundadır. Ümummilli lider Heydər Əliyevin layiqli davamçısı cənab İlham Əliyevin Azərbaycan Prezidenti kimi ötən illər ərzindəki fəaliyyəti dövlət siyasətinin  əsas istiqamətlərini və yeni sosial-siyasi təmayüllərini təkmil şəkildə müəyyəndləşdirməklə yanaşı, həm də böyük uğurlara əlamətdar olmuşdur.  Konstitusiya islahatlarının ictimai münasibətlərin hüquqi tənzimlənməsi prosesində praktik surətdə tətbiqi baxımından milli qanunvericiliyin təkmilləşdirilməsi də yeni mərhələ üçün qarşıda duran əsas vəzifələrdən birinə çevrilmişdir. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev 2 aprel 2009-cu il tarixli “Azərbaycan Respublikasının Konstitusiyasına əlavələr və dəyişikliklər edilməsi haqqında” Azərbaycan Respublikasının Referendum Aktının qüvvəyə minməsi ilə əlaqədar müvafiq normativ hüquqi aktların layihələrinin hazırlanması barədə sərəncamı məhz bu məqsədə xidmət etmişdir. 18 iyul 2016-cı il tarixində Azərbaycan Respublikası Prezidenti “Azərbaycan Respublikasının Konstitusiyasında dəyişikliklər edilməsi haqqında” Azərbaycan Respublikasının Referendum Aktı layihəsi barədə sərəncam imzalamışdır. Layihəyə görə Azərbaycan Respublikasının Konstitusiyasının 42 maddəsinə 29 dəyişiklik təklif edilirdi. 26 sentyabr 2016-cı il tarixli ümumxalq səsverməsinin (referendumun) nəticələri Azərbaycan vətəndaşlarının iqtidara olan dərin inamını bir daha əyani şəkildə nümayiş etdirmişdir. Bu, həm də Azərbaycan Prezidenti İlham Əliyevin birbaşa rəhbərliyi altında həyata keçirilən siyasi və iqtisadi islahatların ölkə vətəndaşları tərəfindən birmənalı dəstəklənməsinin və müdafiə olunmasının bariz nümunəsidir.
  Mövzu ətrafında Qazax RİHB aparatının məsul işçiləri Müşviq Pirverdiyev və Səba Paşayeva, Qazax Dövlət Sosial İqtisadi Kollecinin  şöbə müdiri Elvira Əfəndiyeva, Qazax şəhər 1 saylı körpələr evi-uşaq bağçasının müdiri İradə Mustafayeva və başqaları çıxış etmişlər.

 
Vəli VƏLİYEV,
“Respublika”
15.11.2017-ci il

Keçidlər