Şriftin ölçüsü :

Saytın rəngi :

Yüksək tələbkarlıq da var, diqqət, qayğı da...

20 noyabr 2017 | 16:00

Qazax rayonunda həyata keçirilən tikinti-quruculuq işlərinin əsas hissəsi artıq başa çatmaq üzrədir. Rayon rəhbərliyinin diqqət və qayğısı ilə istər istehsal, istər uşaq bağçaları, istərsə də yol tikintisi sahəsində aparılan işlər yüksək tələbkarlıq əsasında görülür. Bunun nəticəsidir ki, həmin obyektlərdə işlər nəzərdə tutulduğu vaxtda tam başa çatdırılıb və öz gözəl bəhrəsini verib.
Bu gün Qazax rayon İcra Hakimiyyətinin başçısı cənab Rəcəb Babaşov Daş Salahlı və Çaylı  kəndlərində olaraq tikinti sahəsində görülən işlərlə tanış olub.
İcra Başçısı Daş Salahlı kəndinə gələrək “Mətanət A” şirkəti tərəfindən rayonumuzda tikilən Əhəng zavodunda görülən son tamamlanma işləri ilə maraqlanıb. Rayon rəhbərliyinə məlumat verilib ki, zavodun istehsal hissəsi test yoxlamasından keçib və məhsul buraxmağa tam hazırdır. İnzibati binası yüksək səviyyədə hazırlanıb və lazım olan bütün işlər görülüb. Eyni zamanda, zavodun ərazisinə asfalt vurulub, yaşıllıqlar salınıb, güllər əkilib. 
Sonra rayon rəhbərliyi kəndin mərkəzində əsaslı şəkildə yenidən qurulmuş Böyük Vətən Müharibəsində həlak olanların xatirəsinə ucaldılmış abidə-kompleksinə baş çəkib. İcra Başçısı kəndin mərkəzi küçəsinə çəkilmiş asfalt yola da baxıb. Görülən işlərdən razı qalan rayon rəhbərliyi yüksək qiymətləndirib.
Rayon İcra Hakimiyyətinin başçısı cənab Rəcəb Babaşov sonra Çaylı kəndinə gəlib. Rayon rəhbərliyinə məlumat verilib ki, yeni asfalt yol yüksək səviyyədə çəkilib və açılışa tam hazırdır.
Rəcəb Babaşov fəaliyyətə başladığı ilk gündən sənətə və sənət adamlarına diqqətlə yanaşır, onların qayğısına qalır. Bu gün İcra Başçısı Çaylıda yaşayan rəssam Nəcməddin Hüseynovun evinə gedərək ona baş çəkib. Çəkdiyi əsərlər, tablolarla tanış olub, yaradıcılığı ilə maraqlanıb.
Sonra Qazax Dövlət Rəsm Qalereyasında olaraq onların fəaliyyəti ilə maraqlanıb.

Keçidlər