Şriftin ölçüsü :

Saytın rəngi :

Qazaxda bütün problemlər öz müsbət həllini tapır

22 noyabr 2017 | 16:00

Əhali ilə görüş, onları narahat edən məsələləri öz dillərindən eşitmək mövcud vəziyyətlə yerindəcə tanış olmaq baxımından olduqca mühüm əhəmiyyət kəsb edir.
Qazax rayon İcra Hakimiyyətinin başçısı cənab Rəcəb Babaşov bunu nəzərə alaraq istər kənd, istərsə də şəhər sakinləri ilə mütəmadi olaraq görüşlər keçirir, daima xalqın arasında olur. Xalqla keçirilən görüşlər böyük səmərə verir, camaatın qarşılaşdığı problem və çatışmazlıqlar zaman-zaman aradan qaldırılır. Bunun nəticəsidir ki, bu gün Qazax rayonunda vaxtilə mövcüd olmuş bütün problemlər öz müsbət həllini tapır.
Növbəti görüş N.Nərimanov yaşayış massivinin sakinləri ilə keçirilib. Rayon İcra Hakimiyyətinin başçısı cənab Rəcəb Babaşov görüşə toplaşanları salamladıqdan sonra rayonumuzda həyata keçirilən tikinti-quruculuq və abadlıq işlərindən söz açıb. Qeyd edib ki, Qazaxda bütün sahələr üzrə məqsədyönlü işlər görülür, rayonumuzun siması günü-gündən daha da gözəlləşir. Kənd təsərrüfatında, təhsildə, sənayedə, quruculuqda, bir sözlə, həyatın bütün sahələrində yüksək göstəricilər əldə olunmuşdur. Bu da Rezpublika Prezidenti cənab İlham Əliyevin qarşıya qoyduğu vəzifələrin rayonumuzda uğurla həyata keçirilməsindən xəbər verir.
Qeyd edib ki, qarşıdan qış gəlir. Bununla əlaqədar rayonumuzda əvvəlcədən lazımi hazırlıq işləri görülüb, qabaqlayıcı tədbirlər həyata keçirilib. Sonra İcra Başçısı görüşə toplaşanlara müraciət edərək “Sizi narahat edən məsələlər varsa, söyləyin” deyə bildirib.
Sakinlərdən Səməndər Ənsərov, Valerik İsayev, Məhəmməd Quliyev, Tahir Süleymanov, Pərviz Abdullayev, Qurban Əliyev, Namiq Alıyev, Nəsibə Tağıyeva, Novruz Abdullayev, Sabir Məhərrəmov və başqaları çıxış edərək N.Nərimanov yaşayış massivində əsaslı şəkildə təmir olunmuş yaşayış binalarına görə, həyata keçirilmiş tikinti-quruculuq və abadlıq işlərinə görə Respublika Prezidenti cənab İlham Əliyevə öz dərin minnətdarlıqlarını bildiriblər. Rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Babaşova minnətdarlıq dolu ürək sözlərini çatdırıblar.

 

Keçidlər