Şriftin ölçüsü :

Saytın rəngi :

Qazax rayon İcra Hakimiyyətində görüş keçirilmişdir

30 noyabr 2017 | 16:00

Bu gün respublikamızda, eləcə də rayonumuzda bütün sahələr kimi xalçaçılığın inkişaf etdirilməsi üçün də lazımi tədbirlər həyata keçirilir. Qazax şəhərində “Azərxalça” ASC tərəfindən inşa edilən Xalça müəssisəsinin tikintisi artıq başa çatmaq üzrədir.
Rayon İcra Hakimiyyətinin başçısı cənab Rəcəb Babaşov mütəmadi olaraq  tikintiyə baş çəkir, işlərin gedişatı ilə maraqlanır, tapşırıq və tövsiyələrini verir.  Yüksək keyfiyyətlə inşa edilmiş Xalça müəssisəsi yaxın günlərdə istifadəyə veriləcəkdir.
Bununla bağlı bu gün rayon İcra Hakimiyyətinin başçısı cənab Rəcəb Babaşov Xalça müəssisəsində işləmək üçün Qazax rayon Məşğulluq Mərkəzində qeydiyyatda olan işsizlərlə görüş keçirmişdir. Görüşdə Qazax RİHB aparatının məsul işçiləri, Qazax rayon Məşğulluq Mərkəzinin direktoru Elçin Nəsibov, işsizlər və ictimaiyyət nümayəndələri iştirak etmişlər.
Rayon İcra Hakimiyyətinin başçısı cənab Rəcəb Babaşov çıxış edərək bildirmişdir ki, xalçaçılıq bizim milli sənətimizdir, milli sərvətimizdir və biz əsrlər boyu  bu sənəti yaşadırıq. Azərbaycan xalçaçılığın vətənidir. Hazırda respublikada  xalçaçılıq sənətinin inkişafı ilə bağlı əlavə tədbirlər görülür.
Sonra İcra başçısı qeyd etmişdir ki, Azərbaycan Respublikası Prezidenti cənab İlham Əliyevin 5 may 2016-cı il tarixli Sərəncamı ilə "Azərxalça" Açıq Səhmdar Cəmiyyəti yaradılmış və ilkin mərhələdə "Azərxalça" ASC-nin Füzuli (Horadiz), Ağdam (Quzanlı), Tovuz, Ağstafa, Qazax, Şəmkir, Quba, İsmayıllı, Xaçmaz, Qəbələ kimi rayonlarda filiallarının yaradılması nəzərdə tutulmuşdur. Adı çəkilən bu rayonlarda filial binalarının bir çoxu  artıq tikilib istifadəyə verilmişdir. Hazırda Qazax  rayonunda Xalça müəssisəsində son tamamlama işləri görülür. İcra başçısı  müəssisədə 160 nəfərin işlə təmin olunacağını vurğulamışdır. Bundan başqa rayonda hazırda yeni sənaye və kənd təsərrüfatı müsəssisələri, ticarət obyektləri  tikilir ki, burada da yüzlərlə rayon sakini işlə təmin olunacaqlar.
Görüşdə Qazax şəhər sakini Ziba Qasımova çıxış edərək əvvəlcə rayonda aparılan geniş tikinti-quruculuq və abadlıq işlərinin rayon əhalisi tərəfindən böyük rəğbətlə qarşılandığını qeyd etmişdir. Xalçaçılıq peşəsinə yiyələndiyi, lakin  bu günədək işlə təmin olunmadığını bildirərək rayonda Xalça müəssisəsinin açılmasına çox şad olduğunu vurğulamışdır.
Z.Qasımova ölkədə işsizliyin aradan qaldılrılması istiqamətində görülən bütün işlərə görə və onlara yaradılan bu şəraitə görə  ölkə başçısı İlham  Əliyev cənabları başda olmaqla rayon rəhbərliyinə  öz adından və bütün işsizlər adından öz dərin minnətdarlığını bildimişdir.

Keçidlər