Şriftin ölçüsü :

Saytın rəngi :

Qazaxda Beynəlxalq Əlillər Günü münasibətilə tədbir keçirilib

03 dekabr 2017 | 16:00

Qazax rayon İcra Hakmiyyətinin təşkilatçılığı ilə keçirilən tədbirdə Böyük Vətən müharibəsi əlilləri, Qarabağ müharibəsi qaziləri, rayonda fəaliyyət göstərən əlil cəmiyyətlərinin üzvləri iştirak edib.
Tədbir iştirakçıları Şəhidlər Xiybanına gələrək Vətənin bütövlüyü  uğrunda canından keçən Vətən oğul və qızlarının abidəsi önünə gül dəstələri düzüb, xatirələri yad ediliblər.
Sonra keçirilən tədbirdə Qazax rayon İcra Hakimiyyəti başçısının birinci müavini Məmməd Alıyev çıxış edərək Qazax rayon İcra Hakimiyyəti başçısı cənab Rəcəb Babaşovun adından Beynəlxalq Əlillər Günü münasibətilə bu qəbildən olan insanları səmimi qəlbdən təbrik edib. Bildirilib ki, BMT-nin təşəbbüsü ilə dünya miqyasında keçirilən Beynəlxalq Əlillər Günü ümummilli lider Heydər Əliyevin sərəncamı ilə 1994-cü ildən etibarən Azərbaycanda da geniş şəkildə qeyd olunur. Ölkəmizdə əlillərin sosial müdafiəsi ilə bağlı həyata keçirilən genişmiqyaslı tədbirlərin əsası ulu öndər tərəfindən qoyulub.
Prezident İlham Əliyevin uğurlu sosial siyasəti, digər sahələrdə olduğu kimi, bu tədbirlərin də getdikcə daha geniş vüsətlə davam etdirilməsinə imkan yaradıb.
Əlillərin, şəhid ailələrinin və müharibə veteranlarının sosial müdafiəsi ölkə Prezidentinin daim diqqət mərkəzindədir. Ölkədə əlillərin sosial müdafiəsi ilə bağlı dövlət proqramı hazırlanıb. 
Tədbirdə qeyd edib ki, bu gün ölkəmizdə şəhid ailələri, Qarabağ müharibəsi və Çerobl əlilləri dövlət qayğısı ilə əhatə olunublar. Qazax rayonunda da bu qəbildən olan insanlar diqqət mərkəzində saxlanılır. Vurğulanıb ki, onlar fiziki sağlamlığını itirsələr də mənəvi cəhətdən vətənini, xalqını sevən insanlardır ki, ölkəmizin ərazi bütövlüyünə qovuşması üçün indi də silaha sarılmaq iqtidarındadırlar. Tədbirdə bildirilib ki, hazırda rayonda 6 min 337 əlil var. 378  nəfər rayon sakini isə Qarabağ müharibəsi zamanı əlil olub. 2015-ci il yanvarın 1-ə  qədər növbədə olanlar  avtomobillə təmin olunub. 25 nəfər isə hazırda avtomobil növbəsindədir.
Azərbaycan Lal-karlar Cəmiyyətinin Ağstafa-Qazax rayonlararası təşkilatının sədri Novruz Həsənov, Qarabağ Müharibəsi Əlilləri, Veteranları və Şəhid Ailələri İctimai Birliyi Qazax rayon şöbəsinin sədri Xasay Balayev, Silahlı Qüvvələrin Ehtiyatda olan Zabitlər Konfederasiyası Qazax rayon şöbəsinin sədri Baxış Hüseynov, ehtiyatda olan gizir Natiq Mehtiyev və başqaları tədbirdə çıxış edərək bildiriblər ki, son 1 il yarım vaxt ərzində rayonda yaşayan Qarabağ müharibəsi əlilləri və şəhid ailələrinin sosial şəraitinin yaxşılaşdırılması istiqamətində xeyli işlər görülüb. Çıxış edənlər əlillərin sosial müdafiəsi istiqamətində həyata keçirilən tədbirlərə, onlara göstərilən diqqət və qayğıya görə Prezident İlham Əliyevə bütün ələllər adından öz dərin minnətdarlıqlarını bildirib, rayon rəhbərliyinə razılıqlarını ifadə ediblər.
Tədbir bayram süfrəsi ətrafında konsert proqramı ilə davam edib.

Keçidlər