Şriftin ölçüsü :

Saytın rəngi :

Kosalarda bağçalar yüksək səviyyədə fəaliyyət göstərir

14 dekabr 2017 | 16:00

Bu yaxınlarda istifadəyə verilən Kosalar kənd 2 və 3 saylı körpələr evi-uşaq bağçaları müasir tələblərə tam cavab verir və körpə balalar bundan bəhrələnərək yüksək səviyyədə təlim-tərbiyə alırlar. 
Qazax rayon İcra Hakimiyyətinin başçısı cənab Rəcəb Babaşov bu gün adları qeyd olunan bağçalara baş çəkib. Rayon rəhbərliyinə məlumat verilib ki, istifadəyə verilən gündən bağça uşaqların “ikinci evi”nə çevrilib. Bu təlim-tərbiyə müəssisələrində ərzaq təminatı, oyuncaqlar, əyani vasitələr, bir sözlə, lazım olunan hər bir şey yüksək səviyyədədir.
Hər iki bağçanın kollektivi, valideynlər müasir tələblərə cavab verən, yüksək səviyyədə təminatla təmin olunan bağçalara görə Ölkə Başçısına öz dərin minnətdarlıqlarını bildiriblər. Eyni zamanda, rayon rəhbərliyinə ən xoş arzularını çatdırıblar
.

Keçidlər