Şriftin ölçüsü :

Saytın rəngi :

Vətəndaşlar fərdi şəkildə qəbul edilib

14 dekabr 2017 | 16:00

Qazax rayonunda vətəndaş amilini ön plana çəkilib. Rayon İcra Hakimiyyətinin başçısı cənab Rəcəb Babaşov rəsmi qəbul günündən başqa digər vaxtlarda da rayon sakinlərini qəbul edir, onların qayğı və problemləri ilə maraqlanır. Rayon rəhbərliyi demək olar ki, hər gün fərdi qəbullar keçirir.
Bu gün İcra Başçısı bir qrup rayon sakinini fərdi şəkildə qəbul edib.
Qazax şəhər sakinlərindən Mansurov Araz Vaqif oğlu və həyat yoldaşı Mansurova Nəzakət Allahverdi qızı işlə təmin olunmaları barədə müraciət ediblər. Rayon rəhbərliyi sakinləri diqqətlə dinlədikdən sonra onların işlə təmin olunmaları barədə göstəriş verib.
Aslanbəyli kənd sakini Nəbiyev Rəşad Fərhad oğlu yaşadığı evə verilən elektrik cərəyanının zəif olması ilə əlaqədar müraciət edib. İcra Başçısı vətəndaşın evində olub vəziyyəti aydınlaşdırmağı kənd icra nümayəndəsinə tapşırıb.
Qaymaqlı kənd sakini Yolçuyeva Cəvahir Məhəmməd qızı nəvəsi Mürüdov Arif Ceyhun oğlu ilə birlikdə fərdi qəbulda olaraq ünvanlı sosial yardım ala bilməməsi ilə bağlı rayon rəhbərliyindən kömək istəyib. İcra Başçısı səbəbinin araşdırılıb vətəndaşa kömək göstərilməsi barədə tapşırıq verib.

Keçidlər