Şriftin ölçüsü :

Saytın rəngi :

Qazaxda voleybolçu oğlan və qızların rayon birinciliyi keçirilib

15 dekabr 2017 | 16:00

Qazax rayon Gənclər və İdman İdarəsinin təşkilatçılığı ilə 4 saylı tam orta məktəbin idman zalında 2002-2004-cü il təvəllüdlü məktəbli oğlanlar və qızlar arasında voleybol üzrə rayon birinciliyi keçirilib.
Oğlanların yarışında 7 komandadan 84 nəfər, qızların yarışında isə 5 komandadan 60 nəfər məktəbli iştirak edib.
Yarışın yekunlarına görə, oğlanlar arasında Aslanbəyli kənd orta məktəbin komandası I yerə, Birinci Şıxlı kənd tam orta məktəbin komandası II yerə, Qazax şəhər 4 saylı tam orta məktəbin komandası isə III yerə layiq görülüblər.
Qızların yarışında isə Birinci Şıxlı kənd tam orta məktəbin komandası I yeri, Daş Salahlı kənd 2 saylı tam orta məktəbin komandası II yeri, Qazax şəhər 2 saylı tam orta məktəbin komandası isə III yeri qazanıblar.
Qalib komandalar Qazax rayon Gənclər və İdman İdarəsinin kuboku ilə, I ,II, III yeri tutmuş komandaların üzvləri isə müvafiq diplomlarla təltif olunublar.

Keçidlər