Şriftin ölçüsü :

Saytın rəngi :

Güləşçilər qüvvələrini sınayıb

15 dekabr 2017 | 16:00

Qazax rayon Gənclər və İdman İdarəsinin təşkilatçılığı ilə 2005-2006-cı il təvəllüdlü yeniyetmələr arasında sərbəst güləş üzrə rayon birinciliyi keçirilib.
Qazax Olimpiya İdman Kompleksində keçirilən yarışda idman məktəbləri və idman cəmiyyətlərindən ümumilikdə 89 nəfər yeniyetmə güləşçi qüvvəsini sınayıb.
Gərgin idman mübarizəsi şəraitində keçən yarışda I, II, III yeri tutmuş idmançılar Qazax rayon Gənclər və İdman İdarəsinin müvafiq medal  və diplomları ilə təltif olunublar.

Keçidlər