Şriftin ölçüsü :

Saytın rəngi :

"ASAN xidmət" Qazaxın sərhəd kəndi Alpoutda

17 dekabr 2017 | 16:00

"Mobil Səyyar ASAN xidməti"in nümayəndələri dekabrın 7-dən Qazax rayonuna gələrək texnika ilə təchiz olunmuş xüsusi avtobusla əhaliyə səyyar xidmət göstərirlər.
Bir neçə gün öncə sərhəd kəndləri Aslanbəyli, Qaymaqlı və Kəmərli kəndlərində olan “Mobil Səyyar ASAN xidmət"in kəndlərdə əhaliyə göstərdikləri yüksək xidmət uğurla həyata keçirilir.
Bu gün “Mobil Səyyar ASAN xidmət"in nümayəndələri daha bir sərhəd kəndinə - Alpout kəndinə gəliblər. Rəsul Mirzəliyev adına Alpout kənd tam orta məktəbində kənd sakinlərinə və məktəblilərə xidmət göstəriblər.
Məqsəd sərhəddə yerləşən Alpout, Fərəhli, Abbasbəyli, Quşçu Ayrım, Məzəm və işğal altında olan Qızıl Hacılı kənd sakinlərinə yaşadıqları ərazidə xidmət etməkdir. Səhər tezdən fəaliyyətə başlayan xidmətin əməkdaşları sərhəd kəndində olan orta məktəbin şagirdlərini şəxsiyyət vəsiqəsi ilə təmin edir, kənd sakinlərini isə şəxsiyyət vəsiqəsi və ümumvətəndaş pasportları ilə təmin etməklə yanaşı, həm də onların dəyişdirilməsini həyata keçirirlər.
Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin səyyar xidmətlər şöbəsinin baş məsləhətçisi Fəda Abbasovun  verdiyi məlumata görə gün ərzində ümumilikdə 92 nəfərə xidmət göstərilmiş, 86 nəfər şəxsiyyət vəsiqəsi almış, 6 nəfər isə ümumvətəndaş pasportları ilə təmin edilmişdir.

Keçidlər