Qazax Rayon İcra Hakimiyyəti başçısı Aparatında Etik davranış məsələləri ilə əlaqədar
2017-ci ildə görülən işlər haqqında
MƏLUMAT
“Dövlət qulluqçularının etik davranış qaydaları haqqında” 31 may 2007-ci il tarixli 352 III Q nömrəli Azərbaycan Respublikası Qanununun 2-ci maddəsinə uyğun olaraq rayon İcra Hakimiyyəti Başçısı aparatının məsul işçilərinin iştirakı ilə Rayon İcra Hakimiyyəti Başçısının inzibati ərazi dairəsi üzrə nümayəndəliklərində treninqlər keçirilmiş, Dövlət qulluqçularının etik davranış qaydaları haqqında ətraflı söhbətlər aparılmışdır.
İl ərzində: 06 aprel 2017-ci il tarixdə Qazax Rayon İcra Hakimiyyəti başçısının Qazax şəhər inzibati ərazi dairəsi üzrə nümayəndəliyində Ağköynək və Hüseynbəyli kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliklərin iştirakı ilə "Mədəni davranış, qərəzsizlik, ictimai etimad haqqında", 17 may 2017-ci il tarixdə Birinci Şıxlı kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyində İkinci Şıxlı və Yuxarı Salahlı kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliklərinin iştirakı ilə “Dövlət orqanlarının və dövlət qulluğunun nüfuzunun artırılmasına dair", 02 iyun 2017-ci il tarixdə Aşağı Əskipara kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyində Yuxarı Əskipara, Quşçu Ayrım, Fərəhli və Barxudarlı kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliklərinin iştirakı ilə “Əmr, Sərəncam və tapşırıqların yerinə yetirilməsi barədə", 08 iyun 2017-ci il tarixdə Kəmərli kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyində Qaymaqlı və Aslanbəyli kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliklərinin iştirakı ilə “Vətəndaşların dövlət orqanlarına və dövlət qulluqçularına etimadının yüksəldilməsi barədə", 13 iyun 2017-ci il tarixdə Daş Salahlı kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyində Dəmirçilər və Alpout kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliklərinin iştirakı ilə “Dövlət orqanları və dövlət qulluqçularının fəaliyyətində səmərəliliyin və şəffaflığın artırılması barədə", 10 sentyabr 2017-ci il tarixdə Xanlıqlar kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyində Cəfərli və Çaylı kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliklərinin iştirakı ilə “İnsanların hüquq, azadlıq və qanuni maraqlarına, şərəf və ləqayətinə hörmət haqqında" və 08 noyabr 2017-ci il tarixdə Orta Salahlı kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyində Aşağı Salahlı və Kosalar kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliklərinin iştirakı ilə “Dövlət qulluqçuları tərəfindən etik davranış qaydalarına əməl olunması barədə" mövzularında treninqlər keçirilmiş, geniş fikir mübadiləsi aparılmış və verilmiş suallar cavablandırılmışdır.