Şriftin ölçüsü :

Saytın rəngi :

Sərəncamlar

Qazax rayonu İcra Hakimiyyəti başçısının

S Ə R Ə N C A M I

                                                     
     № 9-21/07                                                                                                        31 yanvar  2018-ci  il


                           Rayon  (şəhər)  məhkəmələrinin   baxdığı   inzibati   xətalar   haqqında   işlər   üzrə                                  Qazax   rayon     İcra Hakimiyyəti   adından   protokol   tərtib   etmək    səlahiyyəti   olan  vəzifəli   şəxslərin   siyahısının    təsdiq   edilməsi   barədə


“Rayon  (şəhər)  məhkəmələrinin   baxdığı   inzibati  xətalar haqqında   işlər üzrə protokol   tərtib   etmək    səlahiyyəti   olan   vəzifəli   şəxslərin   Siyahısı”nın    təsdiq  edilməsi   barədə Azərbaycan Respublikası  Prezidentinin   2017-ci  il  3  may   tarixli  1361   nömrəli  Fərmanının  4-cü   bəndinin   icrasını  təmin   etmək  məqsədi   ilə   “Yerli   icra   hakimiyyətləri   haqqında   Əsasnamə”nin  4.15.6-cı bəndinə və Azərbaycan Respublikasının Maliyyə Nazirliyinin 19.10.2017-ci il tarixli 03/03-03-543-5107 nömrəli məktubuna uyğun olaraq

QƏRARA  ALIRAM:



1. “Rayon  (şəhər)  məhkəmələrinin   baxdığı   inzibati   xətalar   haqqında  işlər  üzrə  Qazax rayon  İcra  Hakimiyyəti   adından   protokol   tərtib   etmək    səlahiyyəti   olan   vəzifəli   şəxslərin   Siyahısı”   təsdiq   edilsin  (siyahı əlavə   olunur).
2.    Qazax rayon İcra Hakimiyyəti başçısı aparatının Aparatın   İnformasiya   təminatı   və   təhlili    sektorunun  müdiri  Azad Hümbətova tapşırılsın ki, rayon(şəhər) məhkəmələrinin baxdığı   inzibati   xətalar   haqqında   işlər   üzrə  Qazax  rayon     İcra   Hakimiyyəti   adından   protokol   tərtib   etmək    səlahiyyəti   olan   vəzifəli   şəxslərin   Siyahısının   rayon   İcra   Hakimiyyətinin    internet   səhifəsində   yerləşdirilməsini təmin etsin.        
  3. Sərəncamın icrasına nəzarət RİHB-nın birinci müavini Məmməd Alıyevə həvalə edilsin.


                                                                                                                                                                                                                                                                                                                         Rəcəb Babaşov

 

 


                                                  Qazax rayon İcra Hakimiyyəti başçısının 9-21/07 saylı,  31 yanvar 2018-ci il tarixli sərəncamı ilə təsdiq  olunmuşdur

 

Rayon (şəhər) məhkəmələrinin baxdığı inzibati xətalar haqqında işlər üzrə Qazax rayon İcra Hakimiyyəti adından protokol tərtib etmək səlahiyyəti olan vəzifəli şəxslərlərin

Siyahısı

1. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 190 və 251.3-cü maddələrində nəzərdə tutulmuş inzibati xətalar haqqında işlər üzrə - Rayon İcra Hakimiyyəti başçısının birinci müavini, rayon İcra Hakimiyyəti başçısının müavini- Sosial-iqtisadi inkişafın təhlili və proqnozlaşdırılması şöbəsinin müdiri, rayon İcra Hakimiyyəti başçısının müavini-İctimai-siyasi və humanitar məsələlər  şöbəsinin müdiri, rayon İcra Hakimiyyəti başçısı aparatında Hüquq şöbəsinin müdiri, rayon İcra Hakimiyyəti başçısı aparatında Ərazi idarəetmə və yerli özünüidarəetmə orqanları ilə iş şöbəsinin müdiri, rayon İcra Hakimiyyəti başçısı aparatında Sosial-iqtisadi inkişafın təhlili və proqnozlaşdırılması şöbəsinin müdir müavini, rayon İcra Hakimiyyəti başçısı aparatında Memarlıq və tikinti şöbəsinin müdiri-baş memar və rayon İcra Hakimiyyəti başçısının şəhər və kənd inzibati ərazi dairələr üzrə nümayəndələri.
` 2. İnzibati xətalar məcəlləsinin 197.1 və 197.2-ci maddələrində nəzərdə tutulmuş inzibati xətalar haqqında işlər üzrə - Rayon İcra Hakimiyyəti başçısının birinci müavini, rayon İcra Hakimiyyəti başçısının müavini- Sosial-iqtisadi inkişafın təhlili və proqnozlaşdırılması şöbəsinin müdiri, rayon İcra Hakimiyyəti başçısının müavini-İctimai-siyasi və humanitar məsələlər  şöbəsinin müdiri, rayon İcra Hakimiyyəti başçısı aparatında Hüquq şöbəsinin müdiri, rayon İcra Hakimiyyəti başçısı aparatında Ərazi idarəetmə və yerli özünüidarəetmə orqanları ilə iş şöbəsinin müdiri və rayon İcra Hakimiyyəti başçısının şəhər və kənd inzibati ərazi dairələr üzrə nümayəndələri.
3. İnzibati xətalar məcəlləsinin 413 və 451-ci maddələrində nəzərdə tutulmuş inzibati xətalar haqqında işlər üzrə - Rayon İcra Hakimiyyəti başçısının birinci müavini, rayon İcra Hakimiyyəti başçısının müavini-Sosial-iqtisadi inkişafın təhlili və proqnozlaşdırılması şöbəsinin müdiri, rayon İcra Hakimiyyəti başçısının müavini-İctimai-siyasi və humanitar məsələlər  şöbəsinin müdiri, rayon İcra Hakimiyyəti başçısı aparatında Hüquq şöbəsinin müdiri, rayon İcra Hakimiyyəti başçısı aparatında Sənədlərlə və vətəndaşların müraciətləri ilə iş şöbəsinin müdiri, rayon İcra Hakimiyyəti başçısı aparatında  Ərazi idarəetmə və yerli özünüidarəetmə orqanları ilə iş şöbəsinin müdiri və  rayon İcra Hakimiyyəti başçısı aparatında Memarlıq və tikinti şöbəsinin müdiri-baş memar.
4. İnzibati xətalar məcəlləsinin 516-cı maddəsində nəzərdə tutulmuş inzibati xətalar haqqında işlər üzrə - Rayon İcra Hakimiyyəti başçısının birinci müavini, rayon İcra Hakimiyyəti başçısının müavini-Sosial-iqtisadi inkişafın təhlili və proqnozlaşdırılması şöbəsinin müdiri, rayon İcra Hakimiyyəti başçısının müavini-İctimai-siyasi və humanitar məsələlər  şöbəsinin müdiri, rayon İcra Hakimiyyəti başçısı aparatında Hüquq şöbəsinin müdiri, rayon İcra Hakimiyyəti başçısı aparatında Ərazi idarəetmə və yerli özünüidarəetmə orqanları ilə iş şöbəsinin müdiri,  rayon İcra Hakimiyyəti başçısı aparatında İctimai-siyasi və humanitar məsələlər şöbəsinin  müdir müavini-dini qurumlarla işin təşkilatçısı və rayon İcra Hakimiyyəti başçısının şəhər və kənd inzibati ərazi dairələr üzrə nümayəndələri.
5.  İnzibati xətalar məcəlləsinin 527,530 və 532-ci maddələrində nəzərdə tutulmuş inzibati xətalar haqqında işlər üzrə - Rayon İcra Hakimiyyəti başçısının birinci müavini, rayon İcra Hakimiyyəti başçısının müavini-Sosial-iqtisadi inkişafın təhlili və proqnozlaşdırılması şöbəsinin müdiri, rayon İcra Hakimiyyəti başçısının müavini-İctimai-siyasi və humanitar məsələlər  şöbəsinin müdiri, rayon İcra Hakimiyyəti başçısı aparatında Hüquq şöbəsinin müdiri,  rayon İcra Hakimiyyəti başçısı aparatında Sənədlərlə və vətəndaşların müraciətləri ilə iş şöbəsinin müdiri və rayon İcra Hakimiyyəti başçısının şəhər və kənd inzibati ərazi dairələr üzrə nümayəndələri.

 

 

Qazax rayonu İcra Hakimiyyəti başçısının

 S Ə R Ə N C A M I

                              № 9-21/114                                                                             25 iyun 2019-cu  il


                                   Qazax rayonu İcra hakimiyyəti başçısı aparatının yanında fəaliyyət göstərən İnzibati komissiyanın tərkibində qismən dəyişiklik edilməsinə dair

 


Qazax rayonu İcra hakimiyyəti başçısı aparatının yanında yanında fəaliyyət göstərən İnzibati komissiyanın tərkibində qismən dəyişiklik edilərək aşağıdakı tərtibatda təsdiq olunsun.

Komissiyanın sədri:

     Məmməd Alıyev   - RİHB-nın birinci müavini 
 

Komissiyanın katibi:

Bahadur İbrahimov - RİHB aparatında aparıcı məsləhətçi


Komissiyanın üzvləri:

 Adil Vəliyev                -   RİHB aparatında Ərazi idarəetmə və yerli özünüidarəetmə orqanları ilə iş                                                      şöbəsinin müdiri 

İlyaz İsmayılov           -  RİHB aparatında Sənədlərlə və vətəndaşların müraciətləri ilə iş şöbəsinin                                                         müdiri     

      
      Fərhad İsgəndərov    -  RİHB aparatında Memarlıq və tikinti şöbəsinin müdiri

Səba Paşayeva         -  RİHB aparatında Hüquq şöbəsinin müdir əvəzi 

 Akif Vəliyev               - RİHB-nın Qazax şəhər inzibati ərazi dairəsi üzrə nümayəndəsi


   Tofiq Orucov             - Qazax şəhər bələdiyyəsinin sədri


   Vüsal Sadıqov          - Rayon Polis şöbəsində PPX bölüyünün komandiri


   Azər Məhərrəmov     - Rayon Mənzil İstismar Sahəsinin rəisi


   Səadət Nazarova      - Rayon Gigiyeva və Epidemiologiya Mərkəzinin direktor əvəzi


   Arif Heydərov            - Qazax Kommunal Müəssisələri Kombinatının direktor əvəzi     

                                                                                                                  Rəcəb Babaşov

Keçidlər